(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Anjelo Alessio “Futbolinfo”ya danışdı: “AFFA-nın qərarını gözləyirəm”

Anjelo Alessio “Futbolinfo”ya danışdı: “AFFA-nın qərarını gözləyirəm”

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi italiyalı Anjelo Alessio ola bilər. 

Bu barədə məlumatı matc.az saytı yayıb. Bildirilir ki, çalışdırıcı hətta Azərbaycana da gəlib. 

Anjelo Alessio özü də məlumatı təsdiq edib. Futbolinfo.az-a danışan çalışdırıcı Bakıda olduğunu bildirib: "Hələlik, heç nə dəqiqləşməyib. Amma mən ötən həftə Azərbaycana gəlmişdim. Antonio Kontedən ayrıldıqdan sonra özüm baş məşqçi kimi işləmək istəyirəm. Bu baxımdan Azərbaycan millisi mənim üçün əla variantdı. Əlbəttə, futbolunuz haqqında bilirəm. Hətta milli komandanın bütün üzvlərini də tanıyıram".

Çalışdırıcı AFFA-nın qərarını gözlədiyini bildirib: "Mənim üçün Azərbaycan yığmasında işləmək şərəf olar. Amma bu barədə son qərarı federasiya verəcək. Hazırda onların son sözünü gözləyirəm".


 
tarix: 31-01-2019 18:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az