(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Milli komanda – köməkçi Alessio üçün “təcrübə dovşanı”

Milli komanda – köməkçi Alessio üçün “təcrübə dovşanı”

AFFA tələsir, həm də çox. Milli komandamızın 2 aydı baş məşqçisiz qalmasının ictimaiyyətdə yaratdığı narahatlıq qurum rəsmilərini hərəkətə keçirib.
 
Futbolinfo.az xəbər verir ki, artıq axtarışlar intensivləşib və yeni həftədə real addımlar atılacaq. Fevrallın ilk günlərindən yeni baş məşqçi ilə bağlı daha dəqiq danışacağıq.
 
Yubanma milli komanda üçün ziyanlıdı. Əvəzində AFFA maliyyəyə qənaət edib. Yəqin ki, istənilən əcnəbi bu müddətdə azı ayına 100 min avro maaş alacaqdı və yubanma nəticəsində bu vəsait büdcədə qalıb. Daha doğrusu, bir qismi. Çünki assosiasiya rəhbərliyi bu müddətdə 20-yə yaxın məşqçi ilə görüşüb – ya onları Bakıya çağırıb, ya özləri müzakirə üçün səfərə çıxıb. Yol, qalmaq, qidalanma xərclərini hesablasaq, yenə böyük vəsaitin sərf olunduğunu deyə bilərik.
 
20 rəqəmi sizi çaşdırmasın. Təkcə U-21 millimiz üçün baş məşqçi axtarlarkən 8 əcnəbi ölkəmizə dəvət olunub, danışıq aparılıb, sonda Milan Obradoviçə üstünlük verilib. Əsas milli ilə bağlı isə daha böyük addımlar atılıb, daha geniş siyahı hazırlanıb.
 
Dünən matç.az saytı Qurban Qurbanova xələf olmaq üçün danışıq aparılan namizədlərdən birini üzə çıxardı. Məlum oldu ki, AFFA Anjelo Alessionu Bakıda qonaqlayıb. İtaliyalı futbolinfo.az-a açıqlamasında özü də xəbəri təsdiqlədi.
 
Bəs, bu məşqçi milli komandamıza nə dərəcədə lazımlıdı? Ciddi məşqçilik karyerası olmayan, indi hətta özü işsiz olan Antonio Kontenin köməkçisi olmuş birinə yığmamızı tapşırmaq olarmı? 6 il “Napoli”nin müxtəlif komandalarında, “İmolese” (2004-05), “Massese” (2006-07) və “Spal”da (2008) baş məşqçi işləyən, uğur qazana bilmədiyi üçün köməkçiliyə razı olan və son 8 ildə Kontenin yanında dolaşan birinə ölkənin bir nömrəli komandasını tapşırmaq nə qədər məntiqlidi? Onun adı ümumiyyətlə, namizədlər siyahısında olmamalı, AFFA onun üçün kiçicik xərsə də düşməməliydi.
 
Azərbaycan millisi hər nə qədər zəif olsa da, təcrübə dovşanına çevrilməməlidi. Alessioya şans verməkdənsə, hansısa yerli məşqçiylə risk etmək daha doğrudu. Bəlkə də italiyalı həqiqətən yaxşı mütəxəssisdi, amma Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki kimi məşhurlardan sonra hətta İtaliyada da o qədər tanınmayan birinə güvənmək geriyə addımdı. Onun 8 ildi baş məşqçi işləmədiyini nəzərə alsaq, müstəqil fəaliyyətə dönüşü üçün millimizi riskə atmaq ağılsızlıqdı.
 
Alessio variantı ciddi olmaya bilər, bəlkə də AFFA axtarışda olduqlarını, boş dayanmadıqlarını göstərmək üçün onun adının mətbuata çıxmasına imkan verib. Yayındırıcı manevr olması da mümkündü, bəlkə daha ciddi mütəxəssislərlə danışıq aparılır. Bəlkə, bəlkə, bəlkə… Lakin belə birinin hətta müzakirə üçün Bakıya çağırılması da düzgün deyil, boş vaxt itkisidi. Qurum onun adının bilinməsinə şərait yaratmaqla ictimaiyyətin reaksiyasını öyrənməyə çalışmış ola bilər.
 
Mənə görə hətta həmyerlisi Roberto Bordinlə müqayisə edilməyəcək Alessio çox uğursuz seçimdi. Qurbanov istefaya göndərilibsə və milli komandanın həqiqətən inkişafını istəyiriksə, qarşıya Avro-2020-nin final mərhələsinə vəsiqə hədəfi qoyulubsa, milli komandaya həm işgüzar, həm də ciddi nailiyyətləri olan birisi gətirilməlidi. Anjelo yalnız sözəbaxan biri olaraq kimlərəsə sərf edə bilər, başqa heç nə…
 
FƏRİD

 
tarix: 01-02-2019 09:00


 
Xəbər lenti
27.06.2019

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az