(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Neftçi”nin seriya yaxaladığı derbiyə 56 SAAT qalarkən

“Neftçi”nin seriya yaxaladığı derbiyə 56 SAAT qalarkən

Fevralın 3-də keçiriləcək “Qarabağ” – “Neftçi” matçı Azərbaycan çempionatlarında yubiley – 75-ci derbi olacaq.
 
Futbolinfo.az xəbər verir ki, əvvəlki 74 qarşılaşmada üstünlük “Qarabağ”ın tərəfindədi. Ağdam təmsilçisi 27 dəfə qalib gəlib, bir o qədər heç-heçə qeydə alınıb, bakılılar isə 20 dəfə sevinib. Texniki nəticəni saymasaq, əyalət klubu top fərqində də üstünlüyə malikdi – 78:68. 146 qolun vurulduğu derbilərdə yubiley – 150-ci topa çox qalmayıb. Həftəsonu baş tutacaq duel məhsuldar alınsa, 4-cü top tarixə 150-ci çempionat qolu kimi düşəcək.
 
Çempionatda olduğu kimi, kubokda da ən çox üz-üzə gələn cütü məhz bu komandalar təşkil edir. İlk dəfə 26 il öncə qarşılaşan rəqiblər indiyədək 21 dəfə üz-üzə gəlib. “Qarabağ” burada da böyük üstünlüyə malikdi. Ağdamlılar 10, paytaxt klubu 5 dəfə qalib gəlibsə, 6 matçda sülh qeydə alınıb. Bu üstünlük texniki nəticələrin nəzərə alınmadığı top fərqində də əksini tapıb – 18:16. Belə ki, “Neftçi” 1993/94 mövsümündə iki oyunluq 1/4 final duelindən imtina etməklə 2 belə yenilgi alıb.
 
“Qarabağ”la “Neftçi”nin qarşıdakı oyunu 96-cı derbi kimi tarixə düşəcək. İndiyədək çempionat və kubokda 95 duel baş tutub. Bu oyunlarda “Qarabağ” 37, “Neftçi” 25 dəfə qalib gəlib. Digər 33 matçda bərabərlik qeydə alınıb. 3 texniki nəticəni saymasaq, derbidə 180 qol vurulub. Ağdam təmsilçisi 96, paytaxt klubu 84 dəfə fərqlənib. 100-ə cəmi 4 qolu qalan son çempion elə cari mövsümdə bu rəqəmə çata bilər.
 
 “Qarabağ”la “Neftçi” cari mövsümdə daha bir dəfə meydana çıxacaq. Rəqiblərin növbəti mövsümün ilk yarısında keçirəcəyi 2 dueli də nəzərə alsaq, onlar arasındakı oyun sayı 99-a çatacaq. Bir sözlə, 100-cü derbi çox uzaqda deyil.
 
Ümumi statistikada “Qarabağ” üstün olsa da, hazırda “Neftçi” əla seriya yaxalayıb. “Neftçi” 2018-ci ildəki 4 oyunda uduzmayıb. Bu müddətdə 2 qələbə və 2 heç-heçəsi olan bakılılar matça daha yüksək əhval-ruhiyyə ilə çıxacaq. Bakılılar ötən mövsüm evdə qolsuz heç-heçədən sonra səfərdə 1 qolla qalib gəlib. Cari çempionatda isə Ağdam təmsilçisinin meydanında 1:1, “ağ-qaralar”ın evində isə 3:1 hesabı qeydə alınıb.
 
“Qarabağ”la “Neftçi” arasında oyunların ən yaxşı bombardiri Reynaldo Silvadı. Braziliyalı “ağ-qaralar”a yetərincə qənim kəsilib - o, derbilərdə 9 qol vurub. Bu göstəricidə 2-ci yerdə digər Ağdam futbolçusu Müşfiq Hüseynovdu. Onun hesabında 8 top var. “Neftçi”nin qapısına 6 qol vuran Riçard Almeyda siyahının 3-cüsüdü. Həm Reynaldo, həm Almeyda 2019-cu ilin əvvəlində yenidən “Qarabağ”a qayıdıb. Geri dönən bombardirlər derbidə birlikdə 15 dəfə fərqlənib. Lakin Reynaldo zədə üzündən bu turu buraxacaq və Almeydanın həmyerlisinə yaxınlaşmaq üçün əla şansı var.
 
“Neftçi”nin derbidəki ən məhsuldar oyunçuları isə 5 qol vurub. Onlardan biri “Qarabağ”ın uğurlarının memarı olan baş məşqçi Qurban Qurbanovdu. O, futbolçu kimi indiki komandasına 5 qol vurub. Qurbanov kimi Yunis Hüseynov və Nikolas Kanales də “Qarabağ”ı 5 dəfə məyus edib.
 
Derbidə 5 qol vuran Adamiya isə hər iki klubun heyətində fərqlənməyi bacaranlardandı. O, “Neftçi”də 1, Ağdam təmsilçisində 4 qol vurub.  5 qol vuran daha bir oyunçu – Muarem Muaem isə bütün qollarına “Qarabağ”da imza atıb.
 
AĞA

 
tarix: 01-02-2019 10:30


 
Xəbər lenti
27.06.2019

12:23   “Qarabağ”ın legioneri üçün Kanada

12:02   Misir və Nigeriya 1/8 finalda!

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az