(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi” xatirə turnirinin qalibi oldu

“Neftçi” xatirə turnirinin qalibi oldu

“Neftçi”nin U-11 komandası bu klubun veteran futbolçusu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub.

Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar” 2008-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında "Qarabağ”ı 7:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Vüsal Kərimov 4 qola imza atıb. Komandanın digər qollarını Lorenzo Mezzotero, Əbdüləziz Cabbarlı və Rüstəm Hüseynli vurublar.

Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Sərhədçi” (3:0), "Neftçi” İK İB (8:2) və "Amasiya ROFM” (6:6) komandaları ilə qarşılaşmışdı.

Yeri gəlmişkən, "Neftçi”nin U-16 komandası qış fasiləsindən sonra keçirdiyi ikinci oyunda da qələbə qazanıb. Paytaxt klubunun futbolçuları U-16 Liqasının 16-cı turunda "Qarabağ”ı 2:0 hesabı ilə məğlub ediblər. Komandanın heyətində Tural Axverdiyev fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

“Neftçi”nin U-19 komandası isə lider "Qəbələ” ilə səfər oyunundan 1 xalla ayrılıb. Gənclər Liqasının 16-cı turu çərçivəsində Qəbələ şəhər stadionunda baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0.


 
tarix: 31-01-2019 20:45


 
Xəbər lenti
25.04.2019

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az