(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Jurnalistlərin nəticəsini bildiyi derbiyə 32 SAAT qalarkən

Jurnalistlərin nəticəsini bildiyi derbiyə 32 SAAT qalarkən

Premyer Liqanın ikinci yarısının start turu “Qarabağ” – “Neftçi” oyunu ilə əlamətdar olacaq. Bu, həmin matçdır ki, nəticəsi çempionluq yarışına da ciddi təsir edəcək.
 
Son 5 ilin çempionu ilə hazırkı liderin mübarizəsində kim daha şanslıdı? Fikrini öyrəndiyimiz jurnallistlərin əksərinin fikirləri üzt-üstə düşsə də, fərqli düşünənlərə də rast gəldik.
 
Sənan Abdullayev (Xəzər TV): “Məncə, oyunun favoriti "Qarabağ"dı. Artıq millilərdə olmadıqlarından Qurban Qurbanovun baş məşqçi, Rəşad Sadıqovun isə kapitan kimi fikirləri bir nöqtədədi. Üstəlik, Reynaldo və Almeydanın dönüşü futbolçu transferi mənasında komandaya güc verməklə yanaşı, ailə ortamını da qüvvətləndirib. “Tofiq Bəhramov” xeyli müddətdi "Neftçi"yə ev olmaqdan çıxıb. Dario Federikonun son anda satılması da “Neftçi”nin baş məşqçisi Roberto Bordinin planlarına təsirsiz ötüşməyəcək. Ona görə ağdamlıları aşkar favorit görürəm. Məğlubiyyət "Qarabağ"ı yenidən "qaçdı-qovdu"ya sala bilər”.
 
Nihat Ağasoy (fanat.az): “Tərəflər üçün çempionluğa mənəvi haqq mübarizəsidi. Oyunun taleyinə ya Rəvan Həmzəzadənin mümkün səhv və “səhvlər”i, ya da digər psixoloji amillər xüsusi təsir edəcək. “Qarabağ”ın Antalya toplanışındakı sınaq matçlarında qeydə alınan nəticələri, eləcə də “ağ-qaralar”ın yoxlama görüşlərindəki qol yağışlarını nəzərə almamağı uyğun sayıram. Xüsusi nəsə baş verməsə, oyunun ağdamlıların qələbəsi ilə başa çatacağını düşünürəm. Dəqiq hesabdan danışmaq münəccimliyə bənzəyər. Çünki ilk iki qarşılaşmada Bakı təmsilçisini yenə bilməyən “köhlən atlar” üçün heç-heçə belə, qisasın alınması anlamına gəlməyəcək.  Erkən qol vurulacağı halda, daha maraqlı mübarizəyə şahidlik edəcəyik. Ümid edək ki, belə də olacaq”.
 
Şamo Quliyev (report.az): “Mövcud tablo hər iki komandanı qalib gəlmək yox, daha çox uduzmamaq barədə düşünməyə sövq edir. Rəqiblərin heç biri bu il keçirəcəyi ilk oyunda yenilmək istəməz. Qələbə qazanan komanda əlavə motivasiya əldə etmiş olacaq, məğlub tərəf isə əksinə, ruh düşkünlüyü yaşayacaq. Bu da hər iki halda - müsbət və mənfi mənada növbəti matçlara təsir edəcək. Həm "Neftçi"nin, həm də "Qarabağ"ın oyuna "parama dəymə, bütövünü istəmirəm" prinsipi ilə yanaşacaqlarını düşünürəm. Təxminim bərabərlikdi”.
 
Rəşad Qasimov (Futbol+): “Adətən, qış fasiləsindən sonra ilk turda meydana çıxan komandalar bir qədər ehtiyatlı oyuna üstünlük verirlər. Buna da səbəb komandanın toplanışdan yorğun dönməsi, yeni gələnlərin kollektivə və mühitə tam uyğunlaşmaması, xəttlərarası anlaşmanın istənilən səviyyədə olmamasıdı. Bəziləri düşünə bilər ki, "Qarabağ"ın bu yöndə heç bir problemi yoxdu. "Köhlən atlar"ın fasilə dönəmində heyətə cəlb etdikləri Qurban Qurbanovun oyun fəlsəfəsinə, Ağdam təmsilçisinin oyun modelinə bələddilər. Bundan başqa, "Qarabağ" artıq fikrini bir "cəbhə"yə yönəltdiyindən mövsümün birinci yarısı ilə müqayisədə fasilədən sonra Premyer Liqa matçlarına daha toparlanmış şəkildə çıxacaqlar. Ancaq "Neftçi" də bu arada əlinə yanına salmayıb. Roberto Bordin yəqin ki, fasilədən sonra komandasını çətin oyunlar gözlədiyini düşünüb müəyyən addımlar atıb. "Ağ-qaralar"dan fərqli, bazar günü baş tutacaq qarşılaşmada "Qarabağ" daha çox psixoloji təzyiq altında olacaq. Bu da ondan irəli gəlir ki, qələbə onlara daha çox lazımdı. Növbəti məğlubiyyət ağdamlıların çempionluq istəyinə ağır zərbə ola bilər. İlk növbədə hər iki komandanın ifasında baxımlı və şən futbol gözləyirəm. Şanslara gəlincə, oyunun heç-heçə başa çatacağı daha inandırıcı görünsə də, "Neftçi"nin qalib gələcəyini düşünürəm”.
 
Rəşad Ergün (komanda.az): “Qis toplanisindan dərhal sonra belə bir oyunun olması yaxşı olduğu qədər də proqnoz verməyi çətinləşdirir. Komandaların fiziki, funksional, psixoloji hazırlığının hansı səviyyədə olduğunu bilmirik. "Qarabağ"a turnir cədvəli baximindan bu görüşdə qələbə hava-su kimi lazımdı. "Neftci"ni isə hec-hecə də qane edə bilər. Meydan sahiblərinin heyətində Miçellə Reynaldonun zədəli olması bakılıların xeyrinə olan amildi. Məncə, oyun heç-heçə başa çatacaq, hətta 1:1-lik bərabərlik gözləyirəm”.
 
Elsevər Məmmədov (qafqazinfo.az): “Düşünürəm ki, "Qarabağ" bu oyunda qalib gələcək. "Neftçi" lider olsa belə, sonda ağdamlıların çempion olacaöına inanıram. Təkcə keyfiyyətli futbolçulara malik olmaqla birinci yeri tutmaq mümkün deyil. Bir oyun tərzi, məşqçi işi də görünməlidi. "Neftçi"də hələ ki, Bordinin xüsusi oyun stili, hər hansı güclü müdaxiləsi görünmür. Sadəcə, seleksiya işləri yaxşı qurulub. Keyfiyyətli heyətlə indiki çempionatda medal qazanmaq olar. Amma qarşında "Qarabağ" kimi rəqib varsa, çempionluq çətin görünür. Düzdü, toplanışdan sonra hər iki komanda optimal formadan uzaq olacaq. Amma "Qarabağ"ın təcrübəsi bu matçda ağdamlıların aktivinə yazılacaq üstünlükdü. Birmənalı olaraq "Qarabağ"ın qalib gələcəyini düşünürəm”.

 
tarix: 02-02-2019 10:30


 
Xəbər lenti
27.06.2019

12:02   Misir və Nigeriya 1/8 finalda!

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az