(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
2 əbədi iştirakçının görüşünə 28 SAAT qalarkən

2 əbədi iştirakçının görüşünə 28 SAAT qalarkən

“Qarabağ” – “Neftçi” oyunu Azərbaycan derbisidi. “Kəpəz”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Bakı”, “Turan” və s. 10-a yaxın klub paytaxt təmsilçisi ilə qısamüddətli rəqabətə girib, mübarizə aparıb və sıradan çıxıb. Hamısı ya maddi dayaqları zəiflədiyindən aşağı dəstəyə yollanıb, ya da tarix səhnəsindən silinib. Lakin hər zaman onların rəqabəti çempionata nəfəs gətirib, “Böyük oyun, “Paytaxt derbisi”, “Şərq – Qərb döyüşü” və s.
 
İndi yalnız “Qarabağ” var və son 5 ildəki çempionluq sıralaması nəinki bu komandanı “Neftçi”yə əsas rəqib edib, hətta bir az da önə itələyib. İndi “Neftçi”nin əsas rəqibi “Qarabağ” yox, “Qarabağ”ın əsas rəqibi “Neftçi” haqda danışılır.
 
“Neftçi” həmişə var olub. Bu komandanın dövlət səviyyəsində maliyyələşməsi, maddi dayaqlarının sabit olması onu zirvədə saxlayıb. Hətta nəticələrin pis olduğu dönəmlərdə də hamının flaqman xofu olub. Bu komandanın qarşısında illərdi duruş gətirən, məhv olmayan bircə “Qarabağ” qalıb.
 
“Derbi” ifadəsi bir şəhərin iki komandasının oyunları zamanı işlədilir. Lakin indi 8 Premyer Liqa iştirakçısının 6-sı paytaxtda məskunlaşdığından hər tur “derbicik”lərlə zəngin olur və bu bənzətmə də əhəmiyyətini itirib. Elə bu səbəbdən “Neftçi”nin “Qarabağ”la duellərinə Azərbaycan derbisi deyilməyə başlayıb. Məntiqli yanaşma deyil, amma öyrəşmişik.
 
Bu oyunun xüsusi fərqləndirilməsi təkcə çempionluq mübarizəsinə görə deyil. Azərbaycan çempionatları tarixində daim yüksək liqada oynayan ikicə komanda qalıb və onlar sabah üz-üzə gələcək. Elə bu səbəbdən bu oyun həm də tarixi rəqabət baxımından fərqləndirilir.
 
Hər nə qədər Bakıda məskunlaşsa da, “Qarabağ” paytaxtın əbədi sahibinin qarşısına bölgə futbolunun lideri kimi çıxır. Əyalət – Bakı qarşıdurması da bu oyunu xüsusi edir.
 
Çox təəssüf ki, bu rəqabət, bu mübarizə indi kölgədədi. Lənkəran, Gəncə, Tovuz azarkeşlərinin yaratdığı ajotajı “Qarabağ” azarkeşlərindən görmürük. Təbii ki, “Qarabağ” Ağdamda, Quzanlıda oynasaydı, “Neftçi” özünü qonaq kimi hiss edərdi. Lakin Respublika stadionunda o ab-hava olmayacaq. Bununla belə, sabah 2 ən yaxşı fanat qruplarının tribuna döyüşünü izləyəcəyik. Say az olacaq, “Tofiq Bəhramov”da anşlaq olmayacaq, lakin olanlarımızdan ən yaxşılarını seyr edəcəyik.
 
Azərbaycan derbisindən danışırıq, lakin ölkə əhalisinin bəlkə də heç 30 faizi bu matçdan xəbərdar deyil. Təbliğatın zəifliyi öz yerində, futbola biganəlik də getdikcə çoxalır. Boş tribunalar önündə futbol sıxıcı olmağa başlayıb, silkələnməyə, ayılmağa ehtiyac var. Bəlkə elə bu derbidən başlayacaq? Ağdamlılar son illər aşkar favorit olduğundan çempionatda intriqanı da aradan qaldırıb. Çempionluq mübarizəsinin sona kimi getməsi üçün bu gün “Neftçi”dən çox şey asılıdı. Görək bacaracaqlarmı?
 
AĞA

 
tarix: 02-02-2019 14:30


 
Xəbər lenti
25.04.2019

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az