(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Avro-2020 üçün "Bakcell Arena”, "Dalğa Arena” və Respublika stadionu

Avro-2020 üçün "Bakcell Arena”, "Dalğa Arena” və Respublika stadionu

UEFA Avro-2020-də 24 komandanın harada məşq edəcəyi və harada məskunlaşacağına dair siyahı tərtib edib. Bakı da daxil olmaqla, ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin məşq stadionları arasında "Bakcell Arena”, "Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionu olacaq.
 
"Fairmont”, "Bilgah Beach” və "Excelsior” hotelləri isə qonaq komandaların Bakıda məskunlaşacağı məkanlar kimi müəyyənləşdirilib. UEFA-nın əməkdaşları bu siyahını müəyyənləşdirmək üçün Avropanın 12 şəhərinin 150-dən çox hotel və 100-dən çox təlim-məşq bazalarında olub.
 
Hotel seçimində obyektlərin mərkəzdə, həmçinin kurort üslublu olması əsas götürülüb. Bununla belə, Avro-2020-nin iştirakçılarını təmsil edən federasiyalar özləri baza və hotelləri kataloqdan kənar seçmək hüququna da malikdi. Hətta komandalar Avro-2020-nin keçirilməyəcəyi qonşu ölkələrdə də məskunlaşa bilər.
 
Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatı Hollandiyanın Amsterdam, İspaniyanın Bilbao, Rumıniyanın Buxarest, Danimarkanın Kopenhagen, İrlandiyanın Dublin, Şotlandiyanın Qlazqo, İngiltərənin London, Almaniyanın Münhen, İtaliyanın Roma və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutacaq. Bakıda üç qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (4 iyul) mərhələsinin matçı təşkil olunacaq.
 
Paytaxtımız və Romada A qrupunun oyunları keçiriləcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanacağı halda, matçlarından biri Bakı Olimpiya Stadionunda olacaq.

 
tarix: 02-02-2019 18:02


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az