(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Deviçlə bahar oldu

Deviçlə bahar oldu

“Zirə” mövsümün ikinci yarısına hazır deyil. Baş məşqçi Samir Abasov qış fasiləsində nə edibsə, “qartallar” 3-cü dövrənin ilk matçında xeyli bərbad göründü.
 
Qışa kimi nəticələri pis olsa da, “Zirə”nin baxımlı oyunu diqqət çəkirdi. Amma bu gün “Sabah” qarşısında aciz autsayder gördük. Bəlkə də mövsümün ilk yarısında komandanın daha yaxşı təsir bağışlamasının səbəbi onu yarışa sabiq baş məşqçi Ayxan Abbasovun hazırlaması idi. İndiki çalışdırıcı isə…
 
Bəlkə də qiymət vermək üçün tezdi. İlk oyun idi, üstəlik, yeni əcnəbilər start heyətdə yer almamışdı - onlar hələ hazır deyil. Amma hətta əvvəlki heyət də olduqca pis təsir bağışladı.
 
Abasovun “Sumqayıt”dan gətirdiyi Bəxtiyar Həsənalızadə ilk qolun “təşkilatçısı” oldu. Onun adi səhvindən sonra qonaqlar penalti vurmaq hüququ qazandı. Oyunun taleyini həll edən daha bir epizodun “qəhrəmanı” Vüqar Mustafayev oldu. Qazandığı cərimə zərbəsinin əvəzinə, rəqib oyunçunu vuran yarımmüdafiəçi qırmızı vərəqə aldı.
 
Halbuki buna kimi “Sabah” azlıqda idi. Amma Məqsəd İsayevin 25-ci dəqiqədə oyundan qovulması autsayderə təsir etməmişdi, əksinə, qonaqlar daha üstün təsir bağışlayırdı. Elşad Əhmədovun ağıllı taktikası sayəsində təmkinli oynayan “Sabah” fasilədən həmən sonra hesabı açdı, daha sonra ikinci qolu vurdu.
 
Marko Deviç yenə baş rolda idi. Serb futbolçu komandasının yeganə hücumçusu olsa da, faktiki hər şeyi təkbaşına həll etdi – qol vurdu, məhsuldar ötürmə verdi, rəqib oyunçunun meydandan qovulmasına səbəbkar oldu. Yeni transferlər də oyunları ilə komandaya fayda verəcəklərini göstərdilər.
 
“Zirə” son pillədə möhkəmləndi, “Sabah”ın medallar uğrunda mübarizəsi isə davam edir.
 
AĞA

 
tarix: 02-02-2019 18:42


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az