(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Samir Abasov: “Yığıb yığışdıra bilmədik”

Samir Abasov: “Yığıb yığışdıra bilmədik”

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.
 
- Bizim üçün həddən artıq pis oyun oldu. Özümüz bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçlarıyla çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimzin qarşısında çox həyəcanlı oynadıq. Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan qopsa, pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb yığışdıra bilmədik. Yeni futbolçularımızdan bugünkü gündə heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər. Nisbətən razı olduğumuz iki nəfəri meydana buraxdıq. Ümid veriləsi bir oyun idi. Hər şey etdik ki, özümüzü çüxura salaq. Əsla rahatçılıq yox idi. Sadəcə, bilmirəm nə oldu.
 
- Say üstünülüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- Faiz dərəcəsilə sıfır. Hansısa futbolçunun oyunu getmirsə, artıq meydançada fərqinə varmır 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.
 
- Yeni futbolçularınıza nə qədər vaxt lazımdı ki, tam formaya düşsünlər?
- Bizə 3-4  tur lazımdı ki, onlar formaya düşsünlər (sport24).

 
tarix: 02-02-2019 18:59


 
Xəbər lenti
20.09.2019

09:30   Dani Kintana: “Sevilya” hamıdan öndədi”

09:00   “Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu”

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az