(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Cavid İmamverdiyev: “Ona görə qələbə bizim oldu”

Cavid İmamverdiyev: “Ona görə qələbə bizim oldu”

“Sabah”ın kapitanı Cavid İmamverdiyev Premyer Liqanın 15-ci turunda “Zirə”yə qalib gəldikləri oyundan (2:0)sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.
 
- Çox gərgin qarşılaşma oldu. Yeni stadionda yeni komanda ilə oynadıq. Bilirik ki, Samir Abasov işlədiyi hər yerdə yaxşı kollektiv yaratmağa çalışır. “Zirə”də də buna nail olub. Düşünürəm ki, bu gün biz yaxşı oynadıq. Qırmızı vərəqəyə qədər üstünlük bizdə idi. Amma sonra bir müddət üstünlük onların tərəfinə keçdi. İstifadə edə bilmədilər. Biz 10 nəfərlə qalmağımıza baxmayaraq, qol vurduq. Rəqib də azlıqda qaldıqdan sonra isə ikinci topu vurduq. Bu gün yeni futbolçularımız komandaya çox kömək oldular. İnanıram ki, gələn oyunlarda daha yaxşı olacaq. Komandamızı təbrik edirəm. Sevinirəm ki, səfər oyunundan qələbə ilə ayrıla bildik.
 
- Bu qələbəyə əsasən demək olarmı ki, siz “Zirə” ilə müqayisədə təlim-məşq toplanışını daha yaxşı keçmisiniz?
- Yox, elə düşünmürəm. Çünki bəzən təlim-məşq toplanışını super keçirirsən, amma çempionatda həmin effekti ala bilmirsən. Çünki Premyer Liqa başqa bir yarışdı. Toplanış zamanı oyunları həm yorğunluq fonunda keçirirsən, həm fərqli komandalarla oynayırsan. Həm “Zirə”, həm də biz qış fasiləsində yaxşı hazırlıq keçmişik. Sadəcə, biz fürsətdən istifadə edib, qollarımızı vura bildik. Ona görə qələbə də bizim oldu.
 
- Oyunda aqressivlik yüksək dərəcədə idi. Bunu istəklə əlaqələndirirsən, yoxsa?..
- 3-cü dövrənin birinci oyunu idi deyə, qarşılaşma belə gərgin alındı. İstər-istəməz güc, aqressiya var. Təbii ki, hər iki komanda udmaq istəyirdi. İlk oyun olduğu üçün hamının diqqəti burda idi. Məncə, hər şey bundan irəli gəlirdi. Düzdü, hər iki komanda aqressiv idi. Sevinirəm ki, biz qalib gəldik.
 
- Bugünkü üstünlüyünüzü Antalyada keçirdiyiniz yoxlama oyunlarındakı rəqiblərinizin güclü olması ilə əlaqələndirmək olarmı?
- Bəli, orada Elşad müəllimin rəhbərliyi altında çox yaxşı təlim-məşq toplanışı keçdik. Düzgün işlədik, ona görə xeyirini də gördük. İnanıram ki, bu cür oyunumuzu həm 3-cü, həm də 4-cü dövrədə davam etdirərik.
 
- Oyunda kifayət qədər sarı, qırmızı vərəqə oldu. Hakimin qərarları ilə razısan?
- Bunlar bizim işimiz deyil. Bizim vəzifəmiz futbol oynamaqdı. Necə ki, bir komandanın məşqçisi, rəhbərliyi var, eləcə də hakimlərin rəhbərləri var. Onlar hər şeyə qərar verəcəklər. Bu haqda danışmaq istəmirəm.
 
- Növbəti turda rəqib “Qəbələ” olacaq...
- Bizim üçün bunun fərqi yoxdur. “Qəbələ”, “Neftçi”, “Qarabağ”, ümumiyyətlə, rəqibimiz hansı komanda olsun, meydana ancaq qələbə üçün çıxacağıq.
 
- Bu mövsüm Premyer Liqada əsas hədəfiniz nədir?
- Elə böyük hədəfimiz yoxdur. Sadəcə, nə qədər çox xal yığa bilsək, bu, bizim üçün müsbət cəhətdi. Bu, bizim Premyer Liqada debüt ilimizdi. Ona görə də bu mövsüm elə böyük məqsədimiz yoxdu. İstəyirik ki, Premyer Liqada qalaq. Gələn il üçün çox böyük hədəflərimiz var. Yuxarı yerlər üçün oynayacağıq.

 
tarix: 02-02-2019 20:11


 
Xəbər lenti
19.09.2019

18:02   “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41   Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07   “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46   Hiddinki qovdular

16:03   Benzema Anrini keçdi

15:36   “Monako” Jardimi onunla əvəz edir

15:05   Ansu Fati milli seçimini etdi

14:34   “Bavariya” və Levandovskidən rekord

14:11   10 ildən sonra... “müvəqqəti” kimi

14:00   “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45   “Hər matç final xarakteri daşıyır”

13:30   “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15   Millimiz Belarusa qarşı

13:00   “Bavariya”dan darmadağın - VİDEO

12:45   Millimiz FİFA reytinqində yerində saydı

12:30   “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15   “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00   ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45   “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30   Millimizin heyətində dəyişiklik edildi

11:15   PSJ - “Real” 3:0 - VİDEO

11:00   “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45   “Sabah”da yeni baş məşqçi - RƏSMİ

10:30   İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:15   “Lokomotiv” Almaniyadan 3 xalla qayıtdı - VİDEO

10:00   Liqa Kuboku ləğv olunur – Sonuncu dəfə keçiriləcək

09:40   “Qalatasaray” Belçikadan 1 xalla döndü - VİDEO

09:20   “Mançester Yunayted”də yeni müqavilə

09:00   “Tottenhem” qələbəni əldən verdi - VİDEO

08:30   “Qarabağ” “Sevilya”ya qarşı - YENİLƏNİR

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az