(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Aftandil Hacıyev: “Çempionata belə başlamaq yaxşıdı”

Aftandil Hacıyev: “Çempionata belə başlamaq yaxşıdı”

"İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların olmaması böyük itkidi" – futbolinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
 
Azərbaycan Premyer Liqasının XV turunda "Keşlə"nin qonağı olan "Səbail" böyük hesabla (3:0) qalib gəlib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hacıyevin qələbə şərhi belə olub:
 
- Oyuna istəkli başladıq. Toplanışda çalışdığımız epizodları  meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər. Çempionata belə başlamaq yaxşıdı. Amma daha çətin oyunlarımız qarşıdadı. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik.
 
- Oyun və nəticə baxımından bu qədər üstünlük sizin üçün gözlənilən idi?
- Bu cür üstünlüyümüz şəraitində keçməsini gözləmirdik. "Keşlə" ölkə kubokunu qazanıb. Yeni baş məşqçiləri var. Onları "Qarabağ"la oyunda görmüşdük. Bəzən komandada həyəcan olur. Onların təcrübəli futbolçuları və məşqçiləri var. İnanıram ki, qarşıdakı turlarda digər rəqiblərlə oyunlarda istədiyi kimi çıxış edəcək.
 
- Tərlan Əhmədov qeyd etdi ki, qələbəni hədiyyə etdik. Oyun planında komandadan razı qaldınız?
- Tərlan müəllimin fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdü, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından sürətli hücumlar gördük. Hansı ki, bunu da istəyirdik. Müdafiədən sürətli keçidlər tələb edirdik. Futbolda səhvlər olur. Rəqibdən də çox şey asılıdı.
 
- Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?
- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydançanın durumuna görə risk etmək istəmədim.
 
- Heyətdəki bəzi oyunçular sabit görünmürdülər. Məsələn, Ruslan Qurbanov pik formada idi. Bunu sona qədər qorumaq mümkün olacaq?
- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdu, milli üzvüdü. Ruslandan daha yaxşı oyun gözləyirik (matç.az).

 
tarix: 02-02-2019 21:17


 
Xəbər lenti
17.02.2019

23:30   “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07   Daha üç komanda 1/4 finalda

21:04   40-cı heç-heçə

20:32   “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01   Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48   “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22   “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37   “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52   “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34   Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58   “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42   Bundesliqada yeni rekord

14:01   “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09   İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08   “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18   Ufuk Budak oynamadı, komandası uduzdu

10:26   Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31   Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az