(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Zaur Axundov üçün qoz ağacı axtarışı

Zaur Axundov üçün qoz ağacı axtarışı

Tərlan Əhmədov xilas etməyə gəldiyi “Keşlə”ni daha betər günə qoyub. Bugünkü matç göstərdi ki, bu komandanın avrokubok həvəsi sadəcə, arzudu, reallıq autsayderlikdən yaxa qurtara bilməyəcəkləri ilə bağlı həqiqətdi.
 
“Keşlə” futbol oynamadı. Və Əhmədov bunu 2 oyunçunun – Nikola Mitroviçlə Slavik Alxasovun yoxluğuna bağlayırsa, deməli, özü heç bir iş görməyib. Bəs, onların ilk turda olmayacağı bilinə-bilinə niyə fərqli iş ortaya qoyulmayıb, alternativ oyun fikirləşilməyib? Qışda alınan oyunçular say düzəltmək üçünmü gətirilib?
 
Baş məşqçi toplanışda komandanı həddindən artıq yükləyib. Və bu futbolçular özünə gələnə kimi 3-cü dövrə yarılanacaq, o zaman isə çox suallara aydınlıq gələcək.
 
“Keşlə” “Səbail”in daimi abunəçisinə çevrilir. 3 oyunda 3 qələbə 3-cü pillənin sahibinin xallarınının 38 faizini bu komandadan alması deməkdi. Və insafən “dənizçilər” bugünkü qələbəni layiqli qazandı. Daha üstün oynayan, daha istəkli olan Aftandil Hacıyevin yetirmələri autsayderə yerini göstərdi.
 
Bu gün baş tutan hər 2 oyunda qonaqlar top buraxmadan qalib gəldi və məğlub etdikləri komandaları zirzəmidə saxlamaqla yanaşı, özləri medal mübarizəsini davam etdirdi. Lakin “Keşlə”nin məğlubiyyət hesabı daha biabırçı oldu.
 
İlk qol oyunçu paylaşımındakı səhvdən reallaşdı. İkincidə qovulması daha vacib olan, amma Vaqif Cavadov və başqalarından hansısa səbəbdən fərqli bilinərək saxlanan Andre Klennonun səhvi əsas rol oynadı. Meydana qol vurmaq üçün buraxılan “dişsiz” hücumçu bunu bacarmadı, əksinə, rəqibə toru silkələmək üçün kömək etdi – öz qapıçısını çaşdırdı. Son qol isə birbaşa Kamran Ağayevin vicdanına yazılmalıdı. Reklam çəkilişi üçün Antalya toplanışını yarmçıq qoyub vətənə qayıdan qolkiper səhnə ilə meydanı səhv saldı. Oyundaşının ötürməsinə gec reaksiya verdi, bunun çəkilişdə növbəti dubl olduğunu düşündü və 0:3.
 
Əhmədovun seleksiya işinin yarıtmazlığı haqda dəfələrlə yazmışıq. O, bu qış da məharətini göstərib. Con Kamaranın sıradan futbolçu olduğunu əvvəllər qeyd etmişdik, bu gün isə bəlli oldu ki, ona ümumiyyətlə, heyətdə yer vermək doğru deyil. Top itkiləri, ikili mübarizələrdə uğursuz oyun, yersiz qayda pozuntuları – Əhmədov onu “Kaysar”dan yəqin ki, bu “üstünlüklərinə” görə dartıb gətirib.
 
İlk oyunun nəticəsi aldadıcı ola bilər. Amma oyun planında aşkar zəiflik “Keşlə”nin sabahı haqda nikbin düşünməyə əsas vermir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov təcili qoc ağacı tapmalıdı. Çünki Əhmədovun yetirmələrini başqa cür ayıltmaq olmayacaq. “Keşlə”ni bu vəziyyətdən məhz qoz ağacından düzəldiləcək ya sazla, ya da pazla çıxarmaq olar. Yəni ya sərt, söyüşlü “mahnı”yla, ya da fiziki güc tətbiq etməklə. Axundovun iş üslubuna uyğun olduğu üçün belə məsləhət veririk...
 
FƏRİD

 
tarix: 02-02-2019 21:42


 
Xəbər lenti
22.02.2019

11:01   “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42   “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31   Fellaininin gedişində Mourinyonun rolu

10:17   “VAR-ın öhdəsindən gəldik”

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az