(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yunuszadə qol buraxmamalarına sevinir

Yunuszadə qol buraxmamalarına sevinir

"Düzdü, komandama kömək etməyim mənə xoşdur. Amma müdafiəçi kimi əsas vəzifəm qol vurmaq deyildi. Məqsədim o idi ki, komandamızı qol epizodlarına çıxaraq, müdafiədə rəqibə fərqlənmək imkanı verməyək. Bunu bacardıqsa, sevindirici haldı" - bunu "Səbail" klubunun yeni transferi Elvin Yunuszadə səfərdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri XV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
 
Təcrübəli müdafiəçi qol vurmaqdan çox top buraxmamalarına sevindiyini vurğulayıb. O, əvvəlki formasını geri qaytaracağına inam ifadə edib: "Mövsümün ikinci yarısına belə başlamağımızın bir səbəbi gözəl kollektivimizin olması, hamının bir-birinin arxasında dayanması, gözəl baş məşqçimizin olmasından irəli gəlir. Aftandil Hacıyevin şəxsən mənə münasibəti doğrudan da köhnə formamı geri qaytarmağıma çox kömək edir. Hələlik oyun praktikasından əziyyət çəkirəm. İnanıram ki, keçmiş günləri qaytaracağıq".
 
Yunuszadə hazırda 3-cü pillədə yer almalarına rəğmən, arxayınlaşmamalarının gərəkliyini diqqətə çatdırıb: "Hər şeydən əvvəl mövsümün ikinci hissəsinə uğurla başlamaq istəyirdik. Sevindirici haldır ki, istədiyimiz hardasa həyata keçirə bildik. Amma arxayınlaşıb boşalmaq olmaz. Boşalsaq, özümüz-özümüzə düşmənçilik edərik. Ona görə də bu oyunu yaddan çıxararaq, növbəti görüşlərə hazırlaşmaq lazımdı. Çünki hələ bundan sonra 13 oyunumuz var. Bir görüşlə nəyisə həll etdiyimizi demək olmaz. Bütün futbolçularımızı, komanda və klub rəhbərliyini təbrik edirəm. İnanıram ki, gələn oyunlarda bu uğurun davamını gətirəcəyik".
 
27 yaşlı oyunçu evdə "Zirə" ilə keçirəcəkləri XVI tur qarşılaşması barədə də danışıb: "Növbəti rəqibimiz yaxşı futbolçulara və baş məşqçiyə malik komandadı. Çətin olacağını bilirik. Oyuna hazırlaşacaq, maksimal nəticə göstərməyə çalışacağıq".

 
tarix: 03-02-2019 10:42


 
Xəbər lenti
23.02.2019

09:00   “Qəbələ” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az