(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mütəxəssislərin aşkar favorit görmədiyi derbiyə 7 SAAT qalarkən

Mütəxəssislərin aşkar favorit görmədiyi derbiyə 7 SAAT qalarkən

Bu gün Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçı keçiriləcək. Çempionluq mübarizəsi aparan iki komandanın qarşılaşması ilə bağlı "Report" mütəxəssislər arasında sorğu aparıb.
 
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev matçı derbi adlandırıb: "Hər iki komanda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb və qarşılarına çempionluq məqsədi qoyublar. Ona görə də, birmənalı olaraq, gərgin oyunun şahidi olacağıq. Çempionatın ikinci hissəsi başlayır və komandaların hazırlıqlarını yaxşı izləyə bilməmişik. Həm də heyətlərdə bəzi dəyişikliklər var. Yeni oyunçular cəlb olunub".
 
Təcrübəli mütəxəssis bu qarşılaşmada kimin qalib gələcəyini deməyin çətin olduğunu vurğulayıb: "Bu görüşdə taktiki cəhətdən ağıllı oynayan komanda qələbə qazanacaq. Şablon da olsa, demək istəyirəm ki, müdafiədə daha az səhv edən kollektiv oyunun qalibi olacaq. Şansları bərabər qiymətləndirirəm. Hansınınsa şansının daha böyük olduğunu demək olmaz. Matç "Neftçi" üçün bir az psixoloji cəhətdən asan olan bilər. Çünki rəqibi ilə arasındakı üç xallıq fərqi də qorumaq istəyə bilər".
 
Diniyev əvvəlki illərdəki kimi qarşılaşmaya azarkeş marağının çox olacağını gözlədiyini söyləyib: "Medianın burada böyük rolu var. Qarşılaşmanın önəmini qaldırmaqda mətbuat ilk pillərdən birini tutur. Oyunlarda ajiotajın olması sizlərdən çox asılıdır. İnanıram ki, azarkeşlər, mütəxəssislər və futbolçular üçün bu oyun derbi kimi qəbul olunacaq və maraqlı qarşılaşma baş tutacaq".
 
Futbolçu olduğu müddətdə "Neftçi" və "Qarabağ" klublarının formasını geyinmiş, baş məşqçi kimi isə flaqmanı çempion etmiş Arif Əsədov komandaların durumundan asılı olmayaraq, aralarındakı oyunların intiriqalı və gərgin keçdiyini söyləyib: "Qarabağ" və "Neftçi" yeganə komandalardır ki, müstəqillik dövründən sonra bütün çempionatlarda iştirak ediblər. Hər ikisinin şərəfini qorumuşam. Baş məşqçi kimi "Neftçi"də işləmişəm. Hər zaman da gərginliyi hiss etmişəm. Hazırda "Neftçi" liderdir, amma "Qarabağ" rəqibindən üç xal arxadadı. Bu görüşü 6 xallıq oyun kimi qiymətləndirmək olar. Amma uğursuzluq o demək deyil ki, hansısa komanda çempionluqdan geri qalacaq. Sadəcə, qalib gələn kollektiv növbəti oyunlar üçün üstünlüyə malik ola bilər".
 
49 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı proqnozunu da açıqlayıb: "Düşünürəm ki, bu qarşılaşma heç-heçə başa çatacaq. Belə oyunlar media tərəfindən yaxşı işıqlandırılmalıdır. Əvvəllər oyunların ajiotajlı keçməsində medianın da təsiri olub. İndi isə bir az passivlik hiss olunur. Amma bugünkü durumda deyə bilmərik ki, azarkeşlər həmin oyunda tribunaları dolduracaq. Hər iki komandanın fan-klubları var. Onların canfəşanlıqlarını hiss edə bilərik. Qarşılaşmaya on minlərlə azarkeşin gələcəyini düşünmürəm".
 
Əsədov hər iki klubun onun üçün əziz olduğunu deyib: "Hardasa bir az "Neftçi"yə simpatiyam var. Hər ikisi ölkəmizin komandalarıdır. "Neftçi" flaqmandır, "Qarabağ" isə son vaxtlar öz stabilliyini qoruyub. Hansı komanda güclüdürsə, o da qələbə qazansın".
 
"Neftçi" və "Qarabağ"ın sabiq baş məşqçisi Elxan Abdullayev bu matç barədə proqnoz verməyin çətin olduğunu söyləyib: "Qış fasiləsindən sonra gözlənilməz nəticələr də ola bilər. Qarşılaşmadan yaxşı mübarizə gözləyirəm. Şansları bərabər hesab edirəm. Hər biri qələbə qazana, bu oyunda hər şey ola bilər. "Qarabağ" son çempiondur, amma hazırkı lider "Neftçi"dir. "Neftçi" birinci pillədədirsə və üç xal öndədirsə, "Qarabağ" bu oyunu mütləq udmalıdır. Çünki məğlub olsa, xal fərqi 6-ya çatacaq. Bu isə Ağdam təmsilçisinə sərf eləmir. "Qarabağ"a üç xalı qazanmaq çox lazımdır. "Neftçi" uduzsa, irəlidə yenə şansı ola bilər. Amma "Neftçi" ilə matçdakı məğlubiyyət "Qarabağ" üçün böyük itki olacaq.
 
Abdullayev bu dueldə üstün olan tərəfi və azarkeşlik edəcəyi komandanın da adını açıqlayıb: "Heç kim inciməsin, bu matçda üstünlüyü "Qarabağ"a verərdim, ancaq "Neftçi"yə azarkeşlik edəcəyəm. Açığı, görüşdə çoxlu azarkeş olacağını gözləmirəm. Bu mövsüm Azərbaycan çempionatında bol fanatlı oyun görməmişəm. Son olaraq, Premyer Liqada ən çox fanatı "Kəpəz"in oyunlarında görmək olardı. O ki qaldı Bakıya, min azarkeş gəlsə, böyük bir şeydir".
 
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov komandaların qış hazırlıqlarını izləyə bilmədiyini söyləyib. O, "Qarabağ" və "Neftçi" arasındakı oyunların hər zaman həddindən artıq gərgin keçdiyini deyib: "Hazırlığı daha yaxşı keçən komandada oyun üstünlüyü də olacaq. Heyətlərinə qatdıqları yeni oyunçulardan da çox şey asılıdır. Transferlərlə bağlı məlumatım yoxdur. Yalnız onu bilirəm ki, "Qarabağ"da Riçard Almeyda və Reynaldo geri qayıdıb. Onların hazırkı durumları da bilinmir. "Neftçi"də də bəzi dəyişikliklər olub. Əsas odur ki, bu komandaların toplanışdakı oyunları necə keçib və öz oyunlarını tuta biliblərmi? Həmişəki gərginlik bu oyunda da olacaq. "Qarabağ" xal itirsə, "Neftçi"dən uzaqlaşacaq. Ağdam klubuna qələbə lazımdır ki, rəqibinə yaxınlaşsın. Flaqman da qələbə qazanaraq mövqeyini daha da yaxşılaşdırmaq istəyəcək. Hər iki komandanın bir məqsədi var".
 
Təcrübəli mütəxəssis bu qarşılaşmada baş məşqçi amilinin də böyük rol oynayacağını vurğulayıb: "Belə oyunlarda baş məşqçinin rolu böyükdür. Həmçinin bütün çempionat oyunlarında da. Baş məşqçilərin oyuna hansı heyətlə başlayacağı və oyun ərzindəki edəcəyi dəyişikliklər də vacibdir. Düşünürəm ki, "Qarabağ" bu matçda öz ənənəvi oyununu sərgiləyəcək. "Neftçi" isə əks hücumlarda rəqibini yaxalamağa çalışacaq. Kim həm müdafiədə, həm də hücumda az səhv etsə, onun üstünlüyü daha böyük olacaq. Hər iki baş məşqçinin oyun ərzində taktiki gedişləri də çox önəmlidir".

 
tarix: 03-02-2019 11:30


 
Xəbər lenti
22.09.2019

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az