(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Marko Deviç: “Futbolçulara hakimliklə məşğul olmaq lazım deyil”

Marko Deviç: “Futbolçulara hakimliklə məşğul olmaq lazım deyil”

"Sabah"ın hücumçusu Marko Deviç Premyer Liqanın 15-ci turunda "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Serb əsilli ukraynalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
 
- İlk hissənin ortalarında meydanda azlıqda qalsanız da, qələbə qazana bildiniz. Oyun haqda nə deyə bilərsiniz?
- Hamı həmin epizodu gördü. Məncə, 25-ci dəqiqədə futbolçumuzun qovulması oyunumuza təsir etdi. Rəqibə hörmətlə yanaşıram, amma oyun ərzində gördük ki, azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı. Nəticədə özümüzü və nəyə qadir olduğumuzu göstərdik. Şadam ki, nəticədən əlavə, 90 dəqiqə ərzində həm də gözəl oyun sərgilədik.
 
- Demək istəyirsiniz ki, azlıqda oynamaq daha asan idi?
- Xeyr, belə deməzdim. Əksinə, 11 nəfərlə oynayan komanda üçün hər şey daha asan olur. Amma bu dəfə belə alındı.
 
- Ümumiyyətlə, hakimlik barədə nə deyə bilərsiniz?
- Hakimliyi şərh etmək istəmirəm. Hər şeyi onun seçiminə buraxıram. Vərəqə göstəribsə, deməli, qayda pozuntusu olub. Futbolçulara hakimliklə məşğul olmaq lazım deyil. Hər kəsin öz fikri, hakimliyə qiymət verəcək komitə var. Qoy, onlar buna baxsınlar. Amma düşünmürəm ki, baş hakim bu gün matçın gedişinə təsir etdi.
 
- "Zirə"nin yarımmüdfiəçisi Vüqar Mustafayevin qırmızı vərəqə aldığı epizodda təcrübəniz nə dərəcədə rol oynadı?
- Açığı, həmin anda qırmızı vərəqənin olduğunu hiss etdim. Baş hakim yaxınlıqda idi. Simulyasiyadan söhbət belə gedə bilməz. Rəqib oyunçu emosiyalarına nəzarət edə bilmədi. Bu da vacibdir. Nəticədə meydanda oyunçuların sayı bərabərləşdi ki, bu da bizə kömək etdi. Gizlətməməliyik, çünki say üstünlüyü çox kömək edir.
 
- Çoxları düşünür ki, Marko Deviç bombardir olacaq. Bununla bağlı fikriniz necədir?
- Məncə, "Neftçi" və "Qarabağ"da da qolçuluq bacarığına malik yaxşı oyunçular var. Biz oyundan-oyuna köklənirik. Komandamız təcrübə topladıqca, futbolçular inkişaf etdikcə yaxşı nəticələrimiz də olacaq. Bombardir olub-olmayacağım vacib deyil. Əsas odur ki, "Sabah" Premyer Liqadakı ilk mövsümündə özünü göstərsin. Əlbəttə, hər bir oyunçu üçün bombardir olmaq xoşdur. Amma hər bir oyuna konsentrasiya olaraq, komandama kömək etməyə çalışıram. Ya qol vurmaq, ya məhsuldar ötürmə vermək, ya da rəqibə qırmızı vərəqə almağa kömək etməklə.
 
- Növbəti tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Evdə bu komandaya qalib gəlmək şanslarınız nə qədərdi?
- "Qəbələ" çox yaxşı, güclü komandadı. Biz bunu bilirik. Qalib gəlməyə çalışacağıq. Amma asan olmayacaq. Bu komanda Azərbaycan Kubokunun 1/4 finalında bizi iki dəfə məğlub etdi. Təəssüf ki, 0:1 hesabı ilə uduzduğumuz oyunlara televiziya vasitəsilə baxdım. Əsas odur ki, qış fasiləsindən sonra ilk oyunumuzdan qalib ayrıldıq. Necə deyərlər, külək kürəyimizdən əsir. Səfər qələbəsindən sonra evdə oynamaq komandada arxayınlıq yarada bilər. Məncə, uduzası bir şeyimiz yoxdur, şansımızdan maksimum yararlanmalıyıq. Amma istənilən halda, oyun ağır olacaq. "Qəbələ"yə hörmət edirik. Bu komanda neçə illərdir yüksək pillələrdə yer alır, hətta Avropa Liqasının qrup mərhələsində çıxış edib.
 
- Bu mövsüm avrokuboklara vəsiqə qazansanız belə, orada oynaya bilməyəcəksiniz. Belə bir komandada çıxış etmək maraqsız deyil?
- Şəxsən mən bunu əvvəldən bilirdim. 3-4-cü yeri tutmaq elə də vacib deyil. Komandada hamımız özümüzü göstərməyə çalışırıq. Hər birimiz çempionatı yüksək pillələrdə başa vurmaq istəyirik. Əlbəttə, avrokuboklarda oynaya bilməyəcəyimiz təəssüfləndiricidir. Amma hansı yeri tutacağımızı demək də tezdir. Hələ 13 tur və ya 39 xallıq mübarizə var. Elə çempionatdır ki, 2-3 tura vəziyyət dəyişə bilər. Mövsümün ikinci hissəsinə yaxşı başladıq. Futbolçularımızın bu nailiyyətinə görə şadam. Hamısını təbrik edirəm. Kollektiv mübarizə aparmağımız sayəsində qalib gəldik. Rəşad Eyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyevi yaxşı debüt münasibətilə təbrik edirəm. Komandaya gələnlər özlərini yaxşı tərəfdən göstərdilər. Onların xarakter göstərmələrinə şadam. Bunun sayəsində nəticə gəldi.

 
tarix: 03-02-2019 11:45


 
Xəbər lenti
26.06.2019
25.06.2019

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:10  “Səbail” “Beroe”yə qarşı - YENİLƏNİR

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:15  “Qarabağ”ın Avstriyada ikinci sınağı - YENİLƏNİR

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az