(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ”də sürpriz baş məşqçi dəyişikliyi: Qurbanov Həşimovun köməkçisi oldu

“Qəbələ”də sürpriz baş məşqçi dəyişikliyi: Qurbanov Həşimovun köməkçisi oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra matça həsr olunan mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, öncə “qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev media nümayəndələrinə baş məşqçi məsələsi ilə bağlı məlumat verib:

“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki,  nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək “Pro” kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq”.

Həşimov da sənəddəki dəyişikliyə münasibət bildirib: “Qəbələ”yə dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz”.

Konfrans Sənan Qurbanovun iştirakı ilə davam edib ki, 39 yaşlı mütəxəssis  qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyuna çox ciddi hazırlaşmışdıq. İlk yarı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik. Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik. Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara  müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq. “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik. Futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Cavid Hüseynov komandamızın kapitanı, yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, tapşırıqları hamı kimi yerinə yetirdi. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım”.


 
tarix: 03-02-2019 17:06


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az