(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”ni çempionluğa yaxınlaşdıran “Qarabağ”

“Neftçi”ni çempionluğa yaxınlaşdıran “Qarabağ”

Kamran Quliyevin “İkinci  hissədə “Qarabağ” top görmədi”, Roberto Bordinin “Sanki evdə oynayırdıq” deməyə haqqı var. “Neftçi”nin prezidenti də, baş məşqçisi də rəqib komandayla atmacalı danışır. İndi ağdamlılar ya bu sözlərin altında əzilməli, ya da onu motivasiyaya çevirib, 4-cü dövrədə əyani, ya da elə qalan turlarda qiyabi duellərdə əvəz çıxmalıdılar.
 
15-ci turun qapanış matçına maraq gözləniləndən çox oldu. Mətbuatın təbliğatı fayda verdi və rəsmi məlumata görə, 6000 azarkeş matçı stadiondan izlədi. Bəlkə daha çox olardı, amma protokolda məhz yuvarlaq rəqəm yazıldı. Oyunun keyfiyyəti yüksək olmasa da, gərgin mübarizə var idi və “Neftçi” rəqibindən daha yaxşı, daha istəkli görünürdü.
 
Matç qolla başladı. Qara Qarayevin zərgər dəqiqliyi ilə etdiyi ötürmədən sonra Dani Kintana müdafiəçilərdən sıyrılıb qapını nişan aldı. Həmin anda hamı darmadağının başladığını güman edirdi. Çünki bakılılar oyuna pis start vermişdi və Bordinin qorxaq taktikası ilə dönüş mümkünsüz görünürdü. Üstəlik, italiyalı məşqçi “Neftçi”də işlədiyi dönəmdə heç vaxt hesabda geri düşdükləri oyunda xal qazana bilməmişdi.
 
Bu dəfə mümkün oldu. Çünki rəqibin qapısını Şahruddin Məhəmmədəliyev qoruyurdu. Bu qolkiper tez bir zamanda “Neftçi üçün qol təşkil etdi. Ağdamlıların yaralı yeri olan künc zərbəsi zamanı əlcək sahibi çıxışda səhvə yol verdi və Mamadu Mbodj debüt matçını qolla əlamətdar etdi. Şahruddin bir də ikinci hissədə eyni səhvi etdi, lakin bu dəfə müdafiəçilər təhlükəni sovuşdurdu.
 
İlk yarı boyunca “Qarabağ” topa daha çox sahib olurdu. Buna isə Bordinin taktika seçimi də yardım edirdi. 5 müdafiəçi ilə oynayan “Neftçi”də 3 hücum oyunçusu arxa blokdan ayrı qalmışdı. Emin Mahmudovla Soni Mustivar “Qarabağ” yarımmüdafiəsinə müqavimət göstərə bilmirdi. Müdafiədə say çoxluğu isə real nəticə vermirdi. Kintananın qolu zamanı Qarayevin ötürməsi ilə 3 mərkəz müdafiəçisi bir anda işsiz qaldı.
 
Yalnız bundan sonra Bordin Tural Axundovu sol cinah yarımmüdafiəçisi kimi oynadıb Anton Krivotsyuku onun yerinə çəkdi, Baqali Dabo isə hücumun sivri ucunda Mirabdulla Abbasova yaxın oynamağa başladı. Vangelis Platellasın da faydalı çıxdığını nəzərə alsaq, bu qədər yaxşı hücum oyunçuları ilə qorxaq futbol avantüra idi. Məcburi taktiki müdaxilədən sonra “Neftçi” daha yaxşı oynamağa başladı, hətta cavab qolunu da vurdu. Hətta ikinci hissəni bakılıların aktivinə yazmaq olar.
 
“Qarabağ” ənənəsinə sadiq qalaraq, yenə fasilədən sonra çempionata zəif start verdi. Komanda çox zəif təsir bağışlayırdı, ağır görünürdü. Riçard Almeydanın dirijorluğu da fayda vermirdi, öndə rəngarənglik çatışmırdı. Müəyyən zaman kəsiyində tempi artıran komanda ritmi davam etdirə bilmir, mənasız şoxsaylı paslarla mərkəzdə gəzişir, rəqib müdafiəsində boşluq tapmağı bacarmırdı.
 
İkinci hissədə “Neftçi” 3, “Qarabağ” 2 real qol şansı qazansa da, ilk yarıdakı nəticə dəyişmədi. İlk dövrədə olduğu kimi, yenə 1:1 hesabı qeydə alındı və liderlə çempion arasındakı 3 xallıq fərq qorundu. Və bu nəticə bakılıları qane edir, onlar şəxsi görüşlərdəki üstünlüyü də davam etdirir, yeni transferlərə qovuşduqdan sonra komanda daha inamlı olacaq. Canluka Sansone və gəlişi gözlənilən daha bir hücumçu komandanı yalnız gücləndirəcəklər.
 
Oyunun hakimliyini normal saymaq olar. Krivotsyuk və Qarayev ikinci sarı vərəqə ilə meydandan qovuldu – onlar buna layiq idi. Rəvan Həmzəzadənin ənənəsinə sadiq qaldığını da qeyd edək. Bu hakim cari mövsümdə hər iki komandanın yalnız bir matçını idarə etmiş və onların sevinməsinə şahid olmamışdı. Yenə tərəflər yalnız xal bölgüsünə nail ola bildi.
 
Krivotsyuk meydandan qovulanda 70-ci dəqiqə gedirdi və yalnız bu vaxt meydandakı oyunçu sayı bərabərləşdi. Yanılmıram, Qarayevin 90+2-də qırmızı vərəqə aldığını unutmamışam. İş ondadı ki, “Qarabağ” oyunu bir nəfər azlıqda keçirirdi. Mahir Mədətov çempionun hücum ehtiyaclarını ödəyəcək biri deyil və faydalı iş əmsalı çox aşağı idi. Bu üzdən “Qarabağ” demək olar, hücumçusuz oynayırdı. Mahirin sonadək əvəzlənməməsi də qəribə deyil, bu oyunçu yalnız limitə görə əvəzedilməzdi. Yaş həddi keçən kimi o, ehtiyat skamyada çürüyəcək, əlinə düşən fürsətdən faydalanmır. Mənasız hərəkətlər, yersiz driblinqlər, komanda oyununu pozması yarımmüdafiəçiləri də cana yığıb və onlar Mədətovu axtarmır, əksinə, özləri qapıya yaxınlaşmağa çalışır.
 
Mahirdə bir az yekəxanalıq da var. Epizodların birində ona mübarizə bitdikdən sonra əl uzadan Mbodju saymaması bir peşəkar üçün utanc tablosu idi.
 
Baş məşqçi Qurban Qurbanov Mahirə limitə görə şans verməyə məcburdusa, Şahruddini qapıya qoymaqda israrı qaranlıqdı. Bu qolkiper komandasını qələbədən edən səhvlə yadda qaldı. Hətta bu səhv olmasaydı da 2 səviyyəli əcnəbi qolkiper ola-ola onun çərçivəyə qoyulması müzakirə obyekti olacaqdı. Hannes Haldorssonla Vaqner Silva yüksək maaş müqabilində ehtiyatda qalmamalıdılar. Zəifdilərsə, niyə alındıqları, güclüdülərsə, oynamamalarının səbəbi soruşulmalıdı. Onlar da ciddi səhvlər üzündən bu aqibəti yaşayırlar, amma yenə də Şahruddinlə müqayisədə heyətə daha çox layiqdilər.
 
İstənilən halda, bu derbi artıq tarixin yaddaşına qovuşdu. “Neftçi” yenə öndədi və çempionluq şansı bir qədər də artıb. “Qarabağ” heyət baxımından da rəqibdən ikibaş üstün deyil. Bakılıların qışda aldığı oyunçular “diri” çıxdı, onlar komandanı gücləndirəcəklər. Ağdamlılarsa 13 legionerindən niyə yalnız 4-nün meydanda olması haqda düşünməlidi. Əvəzedici heyətə göndərilən Con Delarj, zədəli Miçel Madeyra və Reynaldo aydındı, bəs digərləri? Mövsümün əsas matçlarından birində hətta limit düzəlmirsə, o zaman bu əcnəbilərə nə gərək var?
 
İşə belə münasibət davam edəcəksə, Kamran Quliyevlə Roberto Bordin mövsümün sonunda yenə danışacaqlar. Həm də yenə haqlı çıxacaqlar. Çünki onlar tribunalara qaytardıqları azarkeşlərinə etdikləri vədə əməl etməkdədilər. Həm nəticə, həm oyun, həm də daha yaxşı transferlərlə...
 
FƏRİD

 
tarix: 04-02-2019 09:00


 
Xəbər lenti
23.04.2019

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

10:00   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az