(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ofsayda düşən “CBC Sport”

Ofsayda düşən “CBC Sport”

“CBC Sport” yavaş-yavaş lazımsız kanal olduğunu sübut edir. 2020-ci ildə, Avropa çempionatından sonra bağlanacağı deyilən qurum sadəcə, puldağıtma makinasına çevrilib. Bu üzdən işə məsuliyyətsiz yanaşılır, bütün işlər başdansovdu görülür.
 
Premyer Liqanın yayım hüququnu tapşırıqla alan, ötən 3 ildə klubların hesabına heç bir vəsait köçürməyən “CBC Sport” rəhbərliyi artıq bu işə də barmaqarası yanaşır. İlk vaxtlar yüksək səviyyəli çəkilişlə diqqətləri üzərinə çəkən telekanal Türkiyədən gətirilən mütəxəssislərin yola salınmasıyla tam dəyişib. İş o qədər bərbad aparılır ki, hətta çempionat oyunlarının çəkilişi də biabırçı vəziyyətdədi.
 
Dünən baş tutan “Qarabağ” – “Neftçi” oyununda ağdamlıların hesabı açdığı epizod şübhəli idi. Belə ki, həmin epizodda Dani Kintananın oyundankənar vəziyyətdə olduğu şübhəsi var idi. Amma videotəkrar zamanı bunu müəyyənləşdirmək mümkün olmadı. Çünki ən vacib məqamda ofsayd kamerasının görüntülərini əldə etmək olmadı. “CBC Sport” əməkdaşları epizodu “tuta bilməmişdi”.
 
Təbii ki, bu məsuliyyətsizliyə görə birbaşa telekanalın rəhbəri Volkan Üst cavab verməlidi. Və onun maliyyə azlığından şikayətlənməyə haqqı yoxdu. Normal büdcə var və onu düzgün istiqamətləndirmək lazımdı. Bunu Antalya toplanışı vaxtı da gördük.
 
Fil qulağında yatan telekanal yalnız PFL-in klublarımızın yoxlama oyunlarını canlı yayımlamasından sonra hərəkətə keçdi və Türkiyəyə gedərək 3 matçı efirə gətirdi. Amma 3 oyun üçün Antalyaya 16 nəfərlik heyət getdi. PFL-in 3-4 nəfərlə daha yaxşı gördüyü işi telekanal 4 dəfə çox insan qüvvəsiylə də bərbad təşkil etdi.
 
Heyətin yarısının səfərə turist kimi yollanması isə ən mənfi məqam idi. Volkan Üst tapşırıqla burada olan müavinlərini də başına yığıb Antalyada əyləncə ilə məşğul oldu. Əsas işi görən operatorlar, müxbirlər ən pis şəraitdə qaldığı halda, Üst, eləcə də yayım işinə dəxli olmayan digər rəsmi şəxslər lüks nömrələrdə istirahətlə məşğul oldu. Təbii ki, maliyyə belə dağıdıldığı üçün kanalda maddi problemlərin olması gözləniləndi və bu, nəticəsini derbi oyunundakı çatışmazlıqda göstərdi.
 
15 min dollar maaş alıb, yerli və daha bacarıqlı kadrlardan üstün heç bir iş görməyən Üstün məsuliyyətsizliyinə görə cavab verməsi lazımdı. Dünənki oyun sadəcə, bir epizod idi. Oyunların yayımı, süjetlərin hazırlanması zamanı “göz dəşən” səhvlər kifayət qədərdi və təbii ki, bütün bunlar birbaşa rəhbərin tələbkar olmamasından, işə can yandırmamasından, tələb etməməsindən irəli gəlir. Təcrübəli kadrlar gözümçıxdıya salınır, sözəbaxan, bacarıqsız gənclər irəli çəkilir. Belə olduqda isə Kintananın epizodu gözdən qaçırılır.
 
FƏRİD

 
tarix: 04-02-2019 10:25


 
Xəbər lenti
20.09.2019

17:52   “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28   “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56   “Barselona”nın zədəlisi sağaldı

16:36   “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14   “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53   Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32   6 günlük səfər başa çatdı

15:12   Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50   Bakıdan “Real”a dəstək - VİDEO

14:33   “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11   Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51   Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36   Paytaxt klubunda 5 illik müqavilə

13:15   “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52   Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35   “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14   “Kəpəz”də yeni icraçı direktor

11:54   Milli komandada yeni baş məşqçi

11:34   Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17   “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57   Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40   “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

10:20   “Borussiya” 4 cavabsız qola üzüldü - VİDEO

10:00   Maksim Medvedev: “Arada yerlə göy qədər fərq var”

09:30   Dani Kintana: “Sevilya” hamıdan öndədi”

09:00   “Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu”

01:05   “Beşiktaş” uduzdu, “Arsenal” və “Roma” darmadağına sevindi

19.09.2019

23:49  “Qarabağ” “Sevilya”ya belə uduzdu - VİDEO

23:30  Qurban Qurbanov: “Əlavə şərhə ehtiyac yoxdu, fərqi tam gördük”

23:19  Lopeteqi: “Gözlədiyim “Qarabağ”ı gördüm”

22:45  “Qarabağ” “Sevilya”ya, APOEL “Düdelanj”a uduzdu

20:24  “Real”ın “Real” olmadığı gün

19:13  Millimiz Belarusa böyük hesabla uduzdu

18:29  “Hər şey “Qarabağ”a qarşı matçla başlayır” - Xesus Navas

18:02  “Turan Tovuz” “Kəpəz”ə də qalib gəldi

17:41  Monçi “Qarabağ”dan danışdı: “Sevilya” üstündü, amma…”

17:07  “Qızıl top”un təqdimat mərasiminin yeri və vaxtı bilindi

16:46  Hiddinki qovdular

16:03  Benzema Anrini keçdi

15:36  “Monako” Jardimi onunla əvəz edir

15:05  Ansu Fati milli seçimini etdi

14:34  “Bavariya” və Levandovskidən rekord

14:11  10 ildən sonra... “müvəqqəti” kimi

14:00  “Qarabağ”a 0:2 hesabıyla uduzacağımızı gözləyirəm”

13:45  “Hər matç final xarakteri daşıyır”

13:30  “Sevilya”nı məğlub etmək istəyimiz olmasaydı, oyuna çıxmazdıq” – Xayme Romero

13:15  Millimiz Belarusa qarşı

13:00  “Bavariya”dan darmadağın - VİDEO

12:45  Millimiz FİFA reytinqində yerində saydı

12:30  “Atletiko” - “Yuventus” matçında 4 qol - VİDEO

12:15  “Zirə” ikinci yer üçün mübarizə aparacaq gücdədi”

12:00  ÇL-də “həftənin ən yaxşısı” adına namizədlər

11:45  “Mançester Siti” 3 xalı 3 qolla qazandı - VİDEO

11:30  Millimizin heyətində dəyişiklik edildi

11:15  PSJ - “Real” 3:0 - VİDEO

11:00  “Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı

10:45  “Sabah”da yeni baş məşqçi - RƏSMİ

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az