(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”da əla futbol mühiti tapmışam”

“Qarabağ”da əla futbol mühiti tapmışam”

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb:

- Hazırlıq mənim ürəyimcə oldu. Bütün yüksək liqa klubları Antalyada hazırlaşır. Yaxın otellərdə qalırdıq. Ona gödə də sabiq komanda yoldaşlarımızla görüşmək imkanımız olurdu. "Qarabağ"da məndən başqa polşalı futbolçu yoxdur. Toplanış müddətində isə həmvətənlərimi görürəm. 

- "Qarabağ"ın hazırlığı Polşa klublarında olduğu kimidir?
- Müqayisə etsəm, burada məşqlərin daha asan olduğunu deyə bilərəm. Biz Polşada olduğu kimi çox qaçmırıq. Daha çox topla davranışa üstünlük veririk. Burda məşqlər daha maraqlıdır. "Qarabağ"da çox şey öyrənirəm. 

- Məqsədiniz çempionluq titulunu qorumaqdır?
- Əlbəttə, buna çalışırıq. Amma biz həm də kubokun yarımfinalındayıq. Mövsümün ilk yarısı bizim üçün ağır keçdi. Avroliqanın qrup mərhələsində də oynayırdıq. Bizdə çətinliklər çox oldu. Heyətdə xeyli dəyişiklik etməyə məcbur olurduq. Hər üç gündən bir meydana çıxırdıq. İndi məşqçilərimiz daha rahat seçim edə biləcək. Çünki oyun qrafiki sıx olmayacaq. Biz mövsümün ikinci yarısına tam hazırıq. 

- Ötən mövsüm Çempionlar Liqasından Avroliqaya düşdünüz və burada uğursuz çıxış etdiniz.
- Çempionlar Liqasında yolumuz çətin oldu. BATE ilə görüşdə kişik fərqlə uduzduq. Bəxtimiz gətirsəydi, BATE-ni keçərdik və növbəti mərhələdə PSV ilə qarşılaşardıq. Bu komanda isə bizə uyğun rəqib idi. Biz Avroliqanın qrupunda da güclü rəqiblərlə qarşılaşdıq. Buna sevinmək lazımdır. "Arsenal" və "Sportinq" kimi komandalar adətən Çempionlar Liqasında mübarizə aparır. 

- "Legiya"da 13 oynamısınız. "Qarabağ"da da Polşa klublarında çıxış etmiş futbolçular var. Onlarda xatirələtinizi bölüşürsünüz?
- Bəli. Dani Kintana, Donald Gerye və Simeon Slavçev Polşada oynayıb. Onlarla söhbət edirəm. Biz sabiq komandalarımızın çıxışını da izləyirik. Onlar bir-biri ilə qarşılaşda bunu müzakirə edirik. Mən "Qarabağ"a gələndə Kintanadan komanda haqda soruşmuşdum. Slavçe isə mənə zəng etmişdi.

- Polşa üçün darıxırsan?
- Açığı, heç darıxmıram. Ancaq ailəm üçün darıxıram. Mən burada əla futbol mühiti tapmışam. "Qarabağ"da hər şey yaxşıdır. "Qarabağ"da təzyiq "Legiya" ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdur.

- "Qarabağ"la 6 aylıq müqavilən var. Azərbaycanda qalmaq fikrin var?
- Hələ ki, bilmirəm. Eşitdiyimə görə klubda təcrübəli futbolçulara ən sonda təkliflər olunur. Mənə yeni təklif olunsa, bu barədə düşünərəm.

- Yeni müqavilə təklif olunmasa necə?
- Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram. Başqa istiqamət axtarmaq istərdim.


 
tarix: 04-02-2019 12:22


 
Xəbər lenti
18.06.2019

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az