qaynar xətt
Gör, Zaur Axundov kimlərin ümidinə qalıb?
Qış bazarlığını “kələ-kötür” transferlərlə başa vuran “Keşlə” növbəti problemlə üzləşib.
Tərlan Əhmədovun "Neftçi"dən tanıdığı Emin Mehtiyevin adını "Səbail"lə qarşılaşmanın (0:3) "18-liy"ində görə bilmədik.
Paytaxt klubu 27 yaşlı yarımmüdafiəçini Peşəkar Futbol Liqasına sifariş edə bilməyib.
Vaxtilə "Simurq", "Səbail" və "Sumqayıt" kimi klubların formasını geyinmiş Emin mövsümün geridə qalmış hissəsini Azərbaycanla Türkiyədə keçirib.
Belə ki, o, əvvəlcə "Qaradağ Lökbatan"ın şərəfini qoruyub, ardınca isə BAL Liqasına yollanıb. Qanunlar isə Mehtiyevin "Keşlə" ilə müqavilə imzalamasına icazə vermir.
Sezonun yarısında iki komanda dəyişib axı. PFL bu keçidi qeydə alsa, saxtakarlığa yol vermiş olar. Harda görünüb ki, bir futbolçu "futbol ili" boyu 3 klubun heyətində meydana çıxsın?
"Keşlə" özünü günahlandırmalıdı. Məşədi İbadın sözü olmasın, bu adamı gətirəndə sənədlərinə baxmazlar ki, nə var, nə yox? Olar, ya olmaz?
Tutaq ki, Tərlan Əhmədov istəyir və istəyində də israr edir, bəs qaydalar? Bildiyimizə görə, futbolçu yalan danışıb, amma istənilən halda yoxlamaq lazım idi. Axı, bu futbolçu üçün əlavə xərc çəkilərək onun Antalya toplanışında bəslənməsi də təmin edilib.
Baş məşqçi o qanunu yazmayıb və kağız-kuğuzla maraqlanmaya da bilər. Klub rəsmiləri hara baxır onda?
Yaranmış vəziyyəti seyr etdikcə, adamın lap Zaur Axundova yazığı gəlir. Gör, Müşahidə Şurasının sədri kimlərin ümidinə qalıb… (Sportinfo)
01:41 “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi
01:30 “Milan” “Atalanta”ya səfərdə qalib gəldi
01:14 Meydan sahibləri üçün növbəti uğurlu gün
00:55 “Mançester Siti” darmadağınla 1/4 finalda
23:53 “Leyptsiq”dən səfərdə inamlı qələbə
23:45 “Fənərbaxça” evdə xal itirdi
21:23 “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək
21:22 “Neftçi”də ciddi itki
20:57 Stuxlikin uduzdurduğu “Sumqayıt”
20:48 “Neftçi” belə xal itirdi - VİDEO
20:24 Abbasovun istefa qərarı son anda dəyişdi
20:14 “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”
20:02 Roberto Bordin: “2 xal itirdik”
19:48 “Qarabağ”dan yeni endirim
19:23 “Neftçi” Zirədə büdrədi
18:43 “Sumqayıt”dan daha bir transfer - RƏSMİ
18:25 “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO
17:30 Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”
17:18 “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”
16:47 “Sumqayıt” “Keşlə”yə məğlub oldu
16:07 “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi
15:01 Naninin yeni klubu məlum oldu
13:20 “Səbail”də nigeriyalı forvard - RƏSMİ
13:03 “Neftçi” yeni transferini sifariş etdi
12:42 Premyer Liqa klubunda iki yeni müqavilə
11:07 Kamran Quliyev – “like”?
11:00 “Qarabağ” yenə Miçelsiz hazırlaşır
10:32 Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi
10:00 Dəniz Yılmaz oynadı, komandası qalib gəldi
09:32 “Traktorsazi”yə 1 qol bəs etdi
09:17 Ziya Əzizovsuz məhsuldar heç-heçə
09:00 Limitlə uyğun gəlməyən legioner bolluğu
02:23 İlk 1/4 finalçı bəlli oldu
02:04 Meydan sahiblərinin günü