(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Legioner etimadsızlığı, yoxsa? "Qəbələ" hamıdan yaxşıdı

Legioner etimadsızlığı, yoxsa? "Qəbələ" hamıdan yaxşıdı

Premyer Liqanın ikinci yarısı başladı. İlk turda 8 qol vuruldu və bunlardan 5-ə legionerlər imza atdı.
 
İlk turda 8 komandadan 88 futbolçunun start heyətində yer aldığını nəzərə alsaq, əcnəbilər ümumi sayın yarısını da təşkil etmir. Çünki cəmi 32 legioner ilk dəqiqələrdən meydanda olub. Amma məhsuldarlıqda onlar keyfiyyəti ortaya qoyurlar.
 
Amma ümumilikdə 61 əcnəbi klublarımızın iştirak ərizəsində yer alıb və onların xidmətindən maksimum istifadə edilmir. Xeyli pul xərclənib gətirilən əcnəbilərin ehtiyatda saxlanmasının sirri bizə məlum deyil, amma bunun yersiz israfçılıq olduğunu qeyd etməliyik. Ya da ola bilsin, həmin oyunçuların seçimi zamanı səhvə yol verilib.
 
“Qarabağ” – iştirak ərizəsində 13 legioner, start heyətində 4 nəfər.
Ağdamlıların zəngin heyətindən belə istifadə etməsi maraqlıdı. Con Delarjın əvəzedicilərə göndərildiyini, daha 2 oyunçunun zədəli olduğunu başa düşmək olar. Amma qalan futbolçuların 2/3-nin ehtiyatda saxlanılması sual doğurur. Bu azmış kimi, onlardan biri də oyunun gedişində yerli futbolçu ilə əvəz edildi. “Qarabağ” 2 əvəzetmədən də istifadə etməməyi lazım bildi.
 
“Zirə” – iştirak ərizəsində 10 legioner, start heyətində 5 nəfər.
“Qartallar” autsayderlikdən qurtulmaq üçün büdcənin ağzını açdı. Amma baş məşqçi Samir Abasov nədənsə bəyəndiyi əcnəbiləri vacib matçda oynatmadı. Düzdü, sonradan daha 2 legioner oyuna qoşuldu. Amma yenilərin toplanışa gec qoşulması üzündən hazır olmadığı diqqət çəkirdi.
 
“Keşlə” – iştirak ərizəsində 9 legioner, start heyətində 4 nəfər.
Digər autsayder “Keşlə” də əcnəbiyə hamıdan çox güvənən 3 komandadan biridi. Bu qış da heyət əcnəbilərdən təmizlənib, onların yeni partiyası ilə dolduruldu. Amma onlar heyətə düşmürsə, deməli, bu “karvan”da məqsəd başqadı. 4 futbolçu start heyətdə yer almışdı, daha sonra ikisi də meydana daxil oldu, gəl ki, komanda darmadağından qurtula bilmədi.
 
“Neftçi” – iştirak ərizəsində 8 legioner, start heyətində 5 nəfər.
Hələ sifariş edilməyən Canluka Sansoneni də nəzərə alsaq, bakılılar 8 əcnəbiyə ümid edir. Məhz italyan forvarddan başqa, bütün oyunçular son turda meydana çıxdı. 5 nəfər start heyətdə yer aldı, daha sonra ikisi də forma geydi.
 
“Səbail” – iştirak ərizəsində 8 legioner, start heyətində 4 nəfər.
Bayıl təmsilçisi əcnəbilərinin yarısını meydana buraxmışdı. Daha sonra daha bir gəlmə oyuna qoşuldu. Digər 3 nəfərin hazırlığnın qənaətbəxş olmaması üzündən, yoxsa taktiki plana görə kənarda qalması müəmmadı.
 
“Qəbələ” – iştirak ərizəsində 7 legioner, start heyətində 6 nəfər.
Əyalət klubu əcnəbilərdən maksimum fayda əldə edən yeganə klubdu. Ehtiyatdakı bir legionerin də sonradan meydana daxil olduğunu və qələbə qolunda mühüm rol oynadığını qeyd edək. Bəlkə də limit olmasaydı, onlar hamısı ilk dəqiqələrdən meydanda olardı.
 
“Sabah” – iştirak ərizəsində 6 legioner, start heyətində 4 nəfər.
Debütant limitin imkan verdiyi qədər legioner alıb. Lakin onlardan ikisi son turda meydan üzü görmədi. Xüsusilə Miloş Bosançiçin faydasızlığını məşqçilər başa düşüblər. Bu oyunçunu payızda tez-tələsik almağa dəyməzmiş.
 
“Sumqayıt” – iştirak ərizəsində 3 legioner, start heyətində 1 nəfər.
“Gənclik şəhəri”  təmsilçisi legioner transfer etmir. Klubun strategiyası belədi. Amma hazırda komandada 2 İran, 1 İsrail vətəndaşı var. Onlar ilk turda məhz əcnəbi kimi sifariş olunub. İranlı hücumçu start heyətdə yer alıb, sonra əvəzlənib, eyni zamanda İsraildən gələn futbolçu sonradan meydana daxil olub. Amma onları ümumi legioner siyahısına daxil etmirik. Yəqin klub prezidenti Riad Rəfiyev hələ sənədləşdirmə işlərini başa vurmayıb, yoxsa onları çoxdan azərbaycanlı edərdi. Əli Babayev və Aleksey İsayev də bir müddət başqa ölkənin vətəndaşı kimi oynamış, sonradan milli pasport almışdılar. Ümumiyyətlə, “Sumqayıt”da 10 milliləşən var ki, bu da klubun Azərbaycan futboluna xidmət etmədiyini göstərir.
 
AĞA

 
tarix: 04-02-2019 13:29


 
Xəbər lenti
27.06.2019

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az