(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İki debüt, ardıcıl 5-ci “quru” oyun

İki debüt, ardıcıl 5-ci “quru” oyun

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib.

Futbolinfo.az xəbər verir ki, bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.

Belə ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda rəsmi qarşılaşmalarda 6 matçdır məğlub olmur. Son 5 görüşdə qapısından qol da buraxmayan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. Hər üç qələbə eyni – 1:0 hesabı ilə olub. Bu seriyalardakı görüşlərdən ikisi kubok, digərləri Premyer Liqaya təsadüf edib.

Ötən ilin sonunda “Qarabağ”a çempionatdakı 1:3 hesablı məğlubiyyətdən sonra Premyer Liqada “Keşlə” (2:1), “Səbail” (0:0) və “Sabah”la (0:0) görüşən komandamız sonuncularla iki kubok qarşılaşmasında (1:0, 1:0) da qüvvəsini sınamışdı.

“Qırmızı-qaralar” həm də “Sumqayıt”la görüşlərdəki məhsuldarlıq seriyasını 27-yə çatdırıb. Komandamız bu rəqiblə keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Həmçinin “Gənclik şəhəri” təmsilçisi ilə ev oyunlarındakı məğlubiyyətsizlik 14-ə yüksəlib.

“Qəbələ”nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu “üçlük” klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür.

Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, “Qəbələ”nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridir. Burada onun şərikləri Aleksey Qayla Cavid Hüseynovdur.

Yeri gəlmişkən, kapitan “qırmızı-qara” forma ilə 75-ci çempionat matçına çıxıb.

Qarşılaşma Davit Volkovinin “Qəbələ”də debüt etməsi ilə də əlamətdar olub. O, klubun tarixinə 234-cü futbolçu kimi düşüb. Belə ki, “Sumqayıt”la görüşədək 233 futbolçu müxtəlif turnirlərdəki rəsmi matçlarda klubun formasını geyinmişdi.

Davit “qırmızı-qaralar”ın tarixində 135-ci legionerdir. O, indiyədək “Qəbələ”də çıxış edən 11-ci gürcüstanlı futbolçu olub.

Premyer Liqada isə 2 oyunçu debüt edib. İndiyədək yalnız kubok matçlarında şans qazanan Amin Seydiyev də Davit Volkovi kimi ilk dəfə Azərbaycan çempionatında meydana çıxıb. Bu turnirdə “Qəbələ”nin heyətində çıxış edənlərin sayı 216-ya çatıb.


 
tarix: 04-02-2019 14:08


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az