(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Süleymanov hakimdən razı qalmayıb: “Eyni, oxşar epizodlara fərqli yanaşma”

Süleymanov hakimdən razı qalmayıb: “Eyni, oxşar epizodlara fərqli yanaşma”

Dünən Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” görüşü baş tutdu.

Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra oyunun hakimliyi ilə bağlı xeyli iradlar bildirildi. Görüşün baş hakimi Rəvan Həmzəzadə qarşılaşmada hər iki komandanın bir oyunçusunu meydandan qovdu. Onun “Neftçi”nin üzvü Anton Krivotsyuka qırmızı vərəqə göstərməsi, xüsusilə, mübahisəyə səbəb olub.

Keçmiş FİFA referisi Tahir Süleymanovla turun mərkəzi oyununun idarəçiliyi haqda danışdıq. Süleymanov “Azərbaycan derbisi” adlandırılan matçın idarəçiliyindən qətiyyən razı qalmayıb:

“Qış fasiləsindən sonra klublar kimi hakimlər də oyunlara uyğunlaşmalı, optimal formalarını yığmalıdırlar. Nəzərə alaq ki, klublardan fərqli, hakimlər hazırlıq görüşlərindən məhrum idilər. Avstriyalı Fritz Stuxlik Mingəçevirdə diqqəti fiziki və nəzəri hazırlığa yönəltmişdi. İlk tur onu göstərdi ki, fiziki hazırlıqla bağlı ciddi problem olmasa da, nəzəri hazırlıqda, epizodlara birmənalı yanaşmada nöqsanlar kifayət qədərdir. Oyun praktikasının olmaması da ilk turun hakim idarəçiliyində özünü açıq göstərirdi. Nəinki turun, çempionatın mərkəzi görüşünə milli dərəcəli hakimin təyinatı da futbol ictimaiyyətində sual doğura bilər. Yaxşı olardı ki, statusa uyğun üç FİFA referisindən biri “Qarabağ” – “Neftçi” qarşılaşmasına təyin olunaydı. Bununla yanaşı, digər ölkələrdə də belə hallar olur. Bu, hakimlər arasında rəqabətin artmasını, bacarıqlı hakimlərə özlərini yaxşı tərəfdən göstərmələri üçün şans verilməsini təmin edir. Belə addımlara, təyinatlara cavabdehliyi birbaşa məsul şəxslər daşıyır.


Ölkə səviyyəsində “Qarabağ” – “Neftçi” oyununun ağırlıq dərəcəsi yüksək olsa da, rəqiblərin bir-birinə münasibəti, ilk dəqiqələrdən futbolçuların həddi aşmaması hakimlərin işini yüngülləşdirirdi. Bir komanda taktiki olaraq müdafiəmeylli oynayanda, hakimlərin də üzərinə yük az düşür. Əsasən mövqe hücumları olanda, idarəçilik baxımından oyuna nəzarət asanlaşır. Ona görə də, ilk yarıda ciddi problemlər yaşanmadı. İkinci hissədə daha sürətli, açıq futbol başlayan kimi, baş hakim oyunun psixoloji təzyiqinə tam olaraq dözə bilmədi. Anton Krivotsyukun ikinci “sarı”sı bunun nəticəsi idi. Epizodu saxladıqdan sonra dərhal reaksiya vermədən, hakimlik adına çox böyük pauza ilə ikinci sarı, ardınca qırmızı vərəqə göstərildi. Bu tipli taleyüklü oyunlarda belə şablon qərarlar çox ağırdır. Oyunun axarına mane olmadan ən doğru qərar, Antona son şifahi xəbərdarlığın edilməsi idi. Oyun qaydalarında boşluqlar çoxdur. Şablon idarəçiliyə üstünlük verilsə, ümumiyyətlə, qarşılaşmalar sona çatmaya və ya böyük qalmaqallar yaşana bilər. Oyun ərzində Antonun etdiyi kobudluqdan da artıq epizodlar oldu. Baş hakim bu epizodlarda “sarı”ya əl atmırdı. Daboya qarşı dəfələrlə “sarılıq” kobudluqlar oldu. Bəzi hallarda baş hakim güzəştə gedir, bəzilərini isə ümumiyyətlə düzgün qiymətləndirməyərək, oyunu davam etdirirdi. Antona göstərilən qırmızı vərəqəylə bağlı narazılığın əsas səbəbi bunlardır. Eyni, oxşar epizodlara fərqli yanaşma…

Qara Qarayevin “qırmızı”sı haqlı qərar olnaqla yanaşı, hakimlik diliylə desək, sonda balansın qorunması düşüncəsi idi. Yaxşı ki, görüş heç-heçə bitdi və oyuna görə, hər iki komandanı nəticə razı saldı. Əks halda, idarəçiliklə bağlı etirazlar daha çox olardı.

Mərkəzi oyun, ümumilikdə isə tur onu göstərdi ki, hakimlər matçlara tam hazır deyillər. Stuxlikin nəzəri məşğələlərinin davamı növbəti turlarda belə davam etsə, idarəçiliklə bağlı narazılıqlar çox yaşanacaq”. (komanda.az)


 
tarix: 04-02-2019 14:25


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az