(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
La Liqa klubunda yeni müqavilə

La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Valensiya” klubu futbolçusu Dani Parexonun müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçiylə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Parexonun yeni müqaviləylə, transfer məbləği 50 milyon avro müəyyənləşdirilib.

2011-ci ildən “Valensiya”da forma geyinən ispan futbolçu, cari mövsümdə 30 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.


 
tarix: 04-02-2019 15:35


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az