(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azərbaycanda özümü elə göstərməliyəm ki...”

“Azərbaycanda özümü elə göstərməliyəm ki...”

“Səbail”in yeni qapıçısı ukraynalı Aleksandr Rıbka klubun rəsmi saytına müsahibə verib.  

Futbolinfo.az həmin müsahibəni təqdim edir...

– “Səbail"də oynamaq barədə təklif alanda Azərbaycanda çıxış edən əcnəbi futbolçulardan kiminləsə məsləhətləşdiniz?
– Bəli. Təklif gəldikdən sonra məlumat əldə etmək istədim və “Neftçi”nin oyunçusu Kiril Petrovla Azərbaycana gəlmək variantını müzakirə etdim. O, Azərbaycan çempionatı haqqında çox gözəl fikirlər söylədi və məndə xoş təəssüratlar yaratdı. Artıq “Səbail”dəyəm və buna görə məmnunam.

– Buraya gəlmək üçün qərar vermək nə dərəcədə asan oldu: Çox götür-qoy etdiniz?
– Xeyr, təklifi, demək olar ki, tərəddüdsüz müsbət dəyərləndirdim. Çünki artıq klub haqqında müəyyən qədər məlumatım var idi. Məni belə gözəl qarşıladığınıza görə bir daha hər kəsə təşəkkür edirəm.

– Uşaqlıqda futbolla yanaşı, hokkey, tennis və basketbol oynadığınızı bilirik. Hətta 11 yaşınız olanda basketbol üzrə Ukrayna çempionu da olmusunuz. Bəs niyə futbolu seçdiniz?
– Mənim uşaqlıq illərimdə texnoloji inkişaf bu səviyyədə deyildi; internet, mobil telefonlar və s. yox idi. Bütün asudə vaxtımı səhərdən-axşamadək küçədə ancaq futbol topu ilə, basketbol topu ilə, hokkey oynamaqla keçirirdim. Valideynlərim məni evə güclə “dartırdılar” (gülür)… Demək olar ki, o vaxt topla nə idman növü varsa, məşğul olmuşam. Amma futbola marağım daha üstün idi.

– “Səbail” barədə təəssüratlarınız necədir və gözləntiləriniz nədən ibarətdir?
– Klub haqqında ilk məlumatı internetdə əldə etmişdim və belə qənaətə gəldim ki, yeni yaranan klub olmasına baxmayaraq, bütün kollektiv - rəhbərlik, məşçi heyəti, futbolçular qarşısına məqsəd qoyub. Belə gənc klubun üzvü olmaq çox sevindiricidir. Çünki Ukraynada da elə komandalarda çıxış etmişəm ki, hər zaman qarşısında müəyyən məqsədləri olub. Karyeramda müxtəlif situasiyalar olub. Həm yaxşı, həm də pis. Amma çalışacağam ki, “Səbail”də öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirim və hər kəs məmnun olsun.

– Təbii ki, komanda yoldaşlarınızla yaxından tanış olmaq üçün hələ o qədər də çox vaxtınız olmayıb…
– Düzdür. Çempionatın fasilədən sonra ilk turunda – “Keşlə” ilə görüşümüzdən cəmi 3 gün əvvəl komandaya gəlmişəm. Yeni komanda, yeni oyunçular, fərqli ab-hava… Hər nə varsa, hər şey yeni. Sözsüz ki, mənim üçün çox çətin idi. İlk olaraq internetdə oyunçuların siyahısına baxdım və maksimum dərəcədə komanda yoldaşlarımın adını yadımda saxlamağa çalışdım. Ancaq oyundan sonra bir qədər rahatam. Çünki oyun zamanı ünsiyyətdə olursan və start 11-likdə olan oyunçuları artıq adları ilə tanıyıram. Düşünürəm ki, kiçik zaman kəsiyində hamını adbaad tanıyacağam və mənə asan olacaq.

– Əsas oyun xüsusiyyətlərinizi necə xarakterizə edirsiniz?
– Özüm haqqında nəsə deyə bilmərəm. Bunun üçün xüsusi ekspertlər, məşqçilər və oyunları izləyən müəyyən şəxslər var. Düşünürəm ki, oyunuma onların qiymət verməsi daha münasib olar. Mən isə öz növbəmdə özümü elə göstərməliyəm ki, mövsümün axırında oyunumu yüksək qiymətləndirsinlər.

– Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün ciddi çağırışdırmı?
– Əlbəttə! “Səbail”də oynamaq mənim üşün yeni çağırışdır. Şəhər, insanlar, çempionat – hər şey yenidir. Bu çağırış mənim üçün çox maraqlıdır və hər bir təcrübə qiymətlidir. İnanıram ki, mənə uğur gətirəcək.

– Şəhərdən söz düşmüşkən, Bakı ilə ilkin tanışlığa vaxt tapa bilmisinizmi?
– Hələ ki şəhəri gəzməyə vaxtım olmayıb. Yol gedərkən şəhəri maşının pəncərəsindən izləyə bilmişəm. İlk baxışdan çox bəyəndim. Burada çoxlu sayda gözəl parklar, uca binalar gördüm. Bu yaxınlarda həyat yoldaşımla qızım da gələcək və biz mütləq şəhərə gəzməyə çıxacağıq.

– “Səbail”in azarkeşlərinə sözünüz varmı?
– Bütün idman növlərində olduğu kimi, futbolda da həm qələbə, həm də məğlubiyyət var. Azarkeşlərimizin hər zaman “Səbail”in yanında olmalarını arzu edərdim.


 
tarix: 04-02-2019 20:12


 
Xəbər lenti
25.04.2019

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az