(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA tenderlər elan edəcək

AFFA tenderlər elan edəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəsmi saytı vasitəsilə tenderlərin tətbiqinə başlayır.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın müxtəlif layihələri üzrə zəruri texnika, avadanlıq, mal-material alınması üçün ictimaiyyətə açıq tenderlər elan olunacaq. Yeni sistemin tətbiqi ilə bağlı ətraflı məlumat ilk tenderin elanı zamanı qurumun rəsmi saytında yerləşdiriləcək.

Tenderlər bir müddət öncə AFFA-nın daxilində həyata keçirilməyə başlanmış IRP (Təşkilatın İdarəetmə Sistemi) sisteminin davamı olaraq tətbiq olunacaq.


 
tarix: 04-02-2019 21:41


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az