(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”da fantastik mövsüm keçirdim”

“Qarabağ”da fantastik mövsüm keçirdim”

Qazaxıstanın “Astana” klubundan ayrılıb, müqavilə ilə məxsus olduğu PAOK-a qayıdan Pedro Enrike Yunanıstan mətbuatına geniş müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Saloniki təmsilçisinə dönüşündən danışan braziliyalı yarımmüdafiəçi "Qarabağ" və "Astana"dakı karyerasına da toxunub. 28 yaşlı futbolçu Azərbaycanda keçirdiyi mövsümün özü üçün daha faydalı olduğunu bildirib:

"Son 2 ildə iki fərqli təcrübə yaşadım. "Qarabağ"da inanılmaz, fantastik mövsüm keçirdim. Bunu ona görə deyirəm ki, Çempionlar Liqasında oynadım. Azərbaycanda yaxşı təcrübə qazandım. "Astana"da isə hər şey fərqli oldu. Çünki komandada xaos var idi. Avropa liqasının oyunlarında daim əsas heyətdə meydana çıxırdım. Daxili çempionatda isə az oynadım. Klub rəhbərliyinin məntiqi ilə ölkə çempionatında yerlilər, avrokubok matçlarında isə əcnəbilər oynamalıdır. Buna baxmayaraq, "Astana"da oynamaq da mənim üçün yaxşı təcrübə oldu. Avroliqada pley-offa düşə bilmədik, amma yaxşı oyunlarımız oldu. İki fərqli təcrübə yaşadım. Amma Azərbaycandakı karyeram daha özəl idi".

Qeyd edək ki, Pedro 2017/18 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, bu mövsümün ilk yarısında isə "Astana"da çıxış edib.


 
tarix: 05-02-2019 12:58


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az