(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün çalışacağıq”

“Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün çalışacağıq”

2018/19 mövsümünün ilk yarısını Birinci Divizionda 30 xalla lider kimi tamamlayan “Sumqayıt”ın əvəzediciləri hazırlığı başa vurmaq üzrədi. 

Futbolinfo.az xəbər verir ki, təxminən 2 aylıq fasilədən sonra komanda təlim-məşq toplanışını yekunlaşdıraraq fevralın 7-də 3-cü dövrənin ilk oyununa çıxacaq. "Sumqayıt Arena"nın köməkçi meydançasında "Keşlə ilə mövsümün ikinci yarısına start verəcək "Sumqayıt-2"nin baş məşqçisi Elbrus Məmmədov hazırlıq prosesini dəyərləndirməklə yanaşı komandanın əsas hədəfini də açıqlayıb: 

"Sumqayıt-2"nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və "Səbail-2" ilə oyunlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atdıq. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram".

Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib: "Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır".

Qeyd edək ki, "Sumqayıt-2" "Keşlə-2" oyunu fevralın 7-də "Sumqayıt Arena"nın köməkçi meydançasında keçiriləcək və saat 15:00-da start götürəcək.


 
tarix: 05-02-2019 17:02


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az