(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
UEFA İcraiyyə Komitəsinin iclası Bakıda: İlk dəfə

UEFA İcraiyyə Komitəsinin iclası Bakıda: İlk dəfə

UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 29-da Bakıda keçiriləcək.

Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, toplantı Bakı Olimpiya Stadionundakı Avropa Liqasının final matçı ərəfəsində təşkil olunacaq. Azərbaycanda ilk dəfə baş tutacaq iclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.

Bu gün İtaliyanın paytaxtı Romada işə başlayan toplantının gündəliyindəki əsas məsələ isə UEFA prezidenti seçkisi olacaq. Bu vəzifəyə yeganə namizəd qurumun hazırkı rəhbəri Aleksander Çeferindi. Sloveniyalı funksionerin namizədliyini əksər milli federasiyalar, o cümlədən, AFFA da dəstəkləyib. Seçki fevralın 7-nə təyin edilib.

UEFA prezidentindən əlavə, İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək. Üzvlərdən ən azı 1-i isə qadın olmalıdı. Eyni zamanda, FIFA Şurasında vitse-prezident vəzifəsinə seçki olacaq.

Bu gün isə 2019-2024-cü illərdə UEFA-nın, o cümlədən, qadın futbolunun inkişaf strategiyası və Avropa futbolunun hərəkət vektoru müəyyənləşəcək.

Çempionlar Liqası, Avropa Liqası UEFA Super Kuboku da daxil olmaqla, 2019 və 2020-ci illərdə klub və yığma komandalar səviyyəsində turnirlərin əsasnamələri, 2019-2021-ci illərdə gənclər arasında Avropa çempionatının final mərhələsinin formatı təsdiqlənəcək. Habelə, UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq memorandumu bağlanılacaq.

AÇ-2020-yə hazırlığa daha böyük diqqət yetiriləcək. Gələn il UEFA-nın 60 illiyi tamamlanacağı üçün Avropa çempionatının oyunlarının 12 şəhərdə, o cümlədən, Bakıda təşkilinə qərar verilib. Oyunlar 12 iyun - 12 iyulda olacaq.

Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərində səfər qolu qaydasının ləğvi ideyasına baxılması da gözlənilir. Daxili yarışlarda bu məsələni isə milli federasiyalar müstəqil tənzimləyə bilərlər. 


 
tarix: 06-02-2019 11:02


 
Xəbər lenti
17.02.2019

09:00   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az