(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” AFFA-nı hədələdi: “İndi kimsə ağıllı çıxıb”

“Qəbələ” AFFA-nı hədələdi: “İndi kimsə ağıllı çıxıb”

"Qəbələ" və "Sumqayıt" komandaları arasında Premyer Liqanın XV tur matçı zamanı hakimlər otağında çatışmayan lazımi inventarın adı müəyyənləşib. Bu, yan xətt hakimləri üçün ehtiyat bayraqdı. AFFA İntizam Komitəsi məhz həmin bayrağın olmaması üzündən "qırmızı-qaralar"ı 1600 manat cərimələyib.
 
"Qəbələ" isə bu cəzadan apellyasiya şikayəti verəcək. Bu barədə "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bildirib (sportnet.az). Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda indiyədək keçirilmiş oyunlarda hakimin cavabdeh olduğu inventarla əlaqədar heç bir xəbərdarlıq belə edilməyib: "Biz bu stadionda eyni qaydada təchiz olunmuş otaq və avadanlıqlarla 10 ildir həm Premyer Liqa, həm də Avropa Liqasındakı oyunlarımızı keçirmişik. İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib? Qalan digər stadionların hamısında hər şey guya yüksək səviyyədədi, bircə bizim stadionda bayraq yox imiş..."
 
Nəcəfov İntizam Komitəsinin üzvlərini uşaq liqalarının keçirildiyi şəraitlə maraqlanmağa çağırıb: "İntizam Komitəsinin üzvlərini və bu məsələni müzakirəyə çıxaran şəxs yəqin unudub ki, oyunlar yaxın günlərədək hansı şəraitə malik stadionlarda təşkil olunur. Mən o kəsləri dəvət edirəm ki, uşaq liqalarının keçirildiyi şəraitə gəlib baxsınlar".
 
Fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

 
tarix: 07-02-2019 10:32


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az