(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Hələ belə olmamışdı: Foqts – 160, Prosineçki - 106, Qurbanov – 308

Hələ belə olmamışdı: Foqts – 160, Prosineçki - 106, Qurbanov – 308

42 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək.
Həmin yarışa qatılacaq milli komandamız 61 gündü baş məşqçisizdi.
 
Çox çətin vəziyyətdi. AFFA milli komandaya məşqçi seçimində xeyli yubanıb. Yığma komandanın gələcək fiaskosuna səbəb olacaq bu ləngiməyə görə mütləq cavab verilməlidi.
 
AFFA tez-tez mətbuata hansısa məşqçilərlə danışıq aparmaları barədə məlumat sızdırır. Bununla guya işləmələri, axtarışda olmaları barədə görüntü yaradırlar. Bəlkə də elədi, lakin fakt odur ki, heç kimlə anlaşmaq olmur. Təkcə bu fakt düşünməyə əsas verir. Deməli, artıq heç kim Azərbaycan millisində işləməyin marağında deyil, AFFA-nın tələblərini ciddiyə almır. Hətta vəd edilən milyonların da qarşısında kimsə nüfuzuna xələl gəlməsində maraqlı deyil.
 
İş o səviyyəyə çatıb ki, millimiz Antonio Kontenin, Slaven Biliçin köməkçilərinə layiq bilinir. Özləri işsiz olan bu mütəxəssislərlə yox, onların ciddi məşqçilik təcrübəsi olmayan köməkçiləri ilə təmasa keçilir, danışıq aparılır.
 
Burada əsas günah katibliyindi. Elxan Məmmədovun rəhbərlik etdiyi qurum Qurban Qurbanovun istefaya göndərilməsindən dərhal sonra ehtiyat variantını ortaya qoymalı idi. Onun qovulmasını hazırlayanların namizədləri də olmalıydı. Hətta baş katib istefa iclasından sonra, dekabr bitənə kimi namizədlərin müəyyənləşə biləcəyini, təyinatın olacağını vəd etmişdi. İl dəyişdi, yanvar bitdi, fevral yarılanır, yeni tsikl yaxınlaşır, yeni baş məşqçi isə yoxdu. Hətta bu məsələnin marta kimi uzanması ehtimalı da var.
 
Avro-2020-nin seçmə mərhələsinin startına isə bir aydan azca çox vaxt qalıb. Yeni məşqçi komandayla tanış olmalı, çempionat oyunlarına baxıb futbolçuları seçməli, təlim-məşq toplanışı keçməli, yığmanı yoxlama oyunlarına çıxarmalıdı. Amma…
 
Vəziyyətin kritik olduğunu izah etmək üçün söz yığınına ehtiyac yoxdu. Millimizin indiki AFFA rəhbərliyinin vaxtındakı məşqçilərinin statistikasına nəzər salmaq kifayətdi.
 
Berti Foqts
2008-ci il, martın 30-da təyin olunub, növbəti seçmə mərhələyə qədər 160 gün vaxtı olub. Millimiz Kardifdə Uelslə sentyabrın 6-dakı seçmə oyuna kimi dəfələrlə toplanışa yığılıb, 4 sınaq matçı keçirib.
1 iyun 2008. Zenitsa. Bosniya və Herseqovina – Azərbaycan 1:0
4 iyun 2008. Andorra-la-Vella. Andorra – Azərbaycan 1:2
20 avqust 2008. Reykyavik. İslandiya – Azərbaycan 1:1
27 avqust 2008. Tehran. İran – Azərbaycan 1:0
 
Robert Prosineçki
2014-cü il, dekabrın 12-də təyin olunub, növbəti seçmə mərhələyə qədər 106 gün vaxtı olub. Millimiz martın 28-də Bakıda ilk seçmə oyuna çıxana kimi nir neçə dəfə toplanışa yığışıb. Onlardan biri Antalyada reallaşıb və yoxlama matçı ilə bitib. Fevralın 24-də Kosovo ilə görüş məlum səbəblərdən ləğv edilib, əvəzində Ukrayna “Şaxtyor”u ilə (1:2) sınaq reallaşıb.
 
Qurban Qurbanov
2017-ci il, noyabrın 3-də təyin olunub, növbəti seşmə mərhələyə qədər 308 gün vaxtı olub. Sentyabrın 7-də Kosovo ilə Bakıdakı rəsmi sınağa qədər bir neçə toplanış, xarici səfər, 6 yoxlama matçı reallaşıb.
30 yanvar 2018. Antalya (Türkiyə). Azərbaycan – Moldova 0:0
23 mart 2018. Bakı. Azərbaycan – Belarus 0:1
27 nart 2018. Antalya (Türkiyə). Azərbaycan – Makedoniya 1:1
29 may 2018. Bakı. Azərbaycan – Qırğızıstan 3:0
5 iyun 2018. Astana. Qazaxıstan – Azərbaycan 3:0
9 iyun 2018. Riqa. Latviya – Azərbaycan 1:3
 
42 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək. Halbuki Qurbanov istefaya göndəriləndə yeni məşqçi təyin olunsaydı, onun 103 gün vaxtı olardı və bu müddətdə çox şey edərdi. Sələflər daha uzun müddətdə nəyəsə nail ola, normal iş görə bilməyibsə, yeni gələnin bu qısa müddətdə komanda formalaşdıracağına inanmaq olmur. Həm də ölkədə futbolçu qıtlığının olduğu, milliyə layiqli namizədlərin tapılmadığı bir dövrdə…
 
İndi danışılacaq söz yoxdu, yeni gələn çoxlu, haqlı bəhanələrlə gələcək. Növbəti, daha pis fiaskolara hazır olun. Bu dəfə yanan təkcə baş məşqçi olmamalıdı…
 
CAVAD

 
tarix: 07-02-2019 11:17


 
Xəbər lenti
24.04.2019

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az