(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ozobiç Yurçeviçi yaxşı tanımır: “Neftçi” bizimlə oyuna uduzmamaq üçün çıxmışdı”

Ozobiç Yurçeviçi yaxşı tanımır: “Neftçi” bizimlə oyuna uduzmamaq üçün çıxmışdı”

“Qarabağ”ın ev oyununda “Neftçi”ni məğlub edə bilməməsi ağdamlıları tənqidlərlə üz-üzə qoydu. Zirvəyə qayıtmaq üçün bu matçda qələbə vacib olsa da, 1:1 hesablı heç-heçə çempionu yenə izləyici rolu ilə barışdırdı.
 
Bəs, oyunun ən yaxşılarından olan Filip Ozobiç bunu nə ilə əsaslandırır? Futbolinfo.az-a müsahibəsində “Qarabağ”ın xorvat yarımmüdafiəçisi başqa suallara da cavab verdi.
 
- “Neftçi” ilə heç-heçə sizin üçün yaxşı nəticə idi, yoxsa düşünürsən ki, qalib gəlməli idiniz?
- Əslində, “Neftçi” bizimlə oyuna uduzmamaq üçün çıxmışdı. Bunu görmək o qədər də çətin deyildi. Bu səbəbdən də qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
 
- Necə düşünürsən, Antalyadakı təlim-məşq toplanışından sonra ilk oyununuzu normal sayırsan və ya hələ problemlər çoxdu?
- Düşünürəm ki, hər oyundan sonra bir az da yaxşı olacaq. Mənim də oyunumda irəliləyiş qarşıdakı matçlarda görünəcək. Komanda hazırlığı yüksək səviyyədə keçirib. Ona görə də biz daha gözəl futbol oynaya biləcək gücdəyik. Bunu göstərməyə çalışacağıq.
 
- Birlikdə oynamasan da, keçmişdə rəqib olduğun Reynaldo və Riçard Almeyda “Qarabağ”a döndü. Səncə, köhnə futbolçular komandaya yeni nəfəs gətirəcəkmi?
- Onlar yaxşı futbolçulardı. Əlbəttə ki, Azərbaycanda hər kəs Riçardın və Reynaldonun nəyə qadir olduğunu bilir. Ona görə də biz bu futbolçularla çox güclənəcəyik.
 
- “Neftçi” ilə aranızda 3 xal var. Çempionatın indiki durumunu nəzərə alsaq, lideri büdrədəcək tək komanda “Qarabağ”dır. Səncə, qarşıdakı oyunlarda liderliyə yüksələ biləcəksiniz, yoxsa “Neftçi” ilə növbəti qarşılaşma həlledici olacaq?
- Bu barədə nəsə deyə bilmərəm. Çünki çox çətindi. Hazırda fikrimizi sadəcə, qarşıdakı “Sumqayıt” matçına yönəltmişik. Ümid edirəm ki, ordan 3 xalla ayrıla biləcəyik.
 
- “Sumqayıt” “Qəbələ”yə səfərdə uduzdu və hər kəs düşünür ki, “Qarabağ” da bu komandanı rahat məğlub edə bilər...
- “Sumqayıt” fasilədən sona ilk oyunu uduzsa da, onları asan rəqib saymaq olmaz. Növbəti matçda özlərini sübut etməyə çalışacaqlar. Doğma meydanda, azarkeşlər önündə oynadıqlarını nəzərə alsaq, bizi ağır matç gözləyir.
 
- Filip, “Qəbələ”də oynadığın vaxtlar hazırki komanda yoldaşın, həmin vaxt “Qarabağ”da çıxış dən Riçard Almeydayla tez-tez müqayisə olunurdun. Daim müzakirə edilirdi ki, Filip güclüdü, yoxsa Riçard? İndi isə hər kəs deyir ki, bu ikisi birlikdə ən güclü mərkəz oyunçularıdı və “Qarabağ” buna görə sevinməlidi. Sən bu barədə nə düşünürsən?
- Özüm barədə danışmaq istəmirəm, çünki bu, yaxşı qəbul edilməz. Mən “Qəbələ”də çıxış edərkən Riçarda qarşı oynayanda çox çətin olurdu. Həqiqətən  Almeydanın oynadığı matçlar çətin keçirdi. İndi isə onunla birlikdə çıxış etdiyim üçün sevinirəm. Fikrimcə, birlikdə güc qata biləcəyik.
 
- “Qarabağ”ın yeni forvarda ehtiyacı var, yoxsa düşünürsən ki, Emeqara və Mahir daha çox qol vura biləcəklər?
- Onların hər ikisi yaxşı hücumçudular. Fikrimcə, Mahir də, Emeqara da qarşıdakı matçlarda xeyli qol vuracaqlar. Buna inanıram və onların faydalı olacağına əminəm. Hər ikisi buna qadir futblçulardı.
 
- AFFA xorvatiyalı məşqçi, həmyerlin Nikola Yurçeviçi baş məşqçi postuna gətirmək istəyir. Səncə, o, Azərbaycan millisində uğur qazana bilərmi?
- Onun haqqında çox bilgiyə sahib deyiləm. Sadəcə, əvvəllər Xorvatiya yığmasına çağırıldığım vaxt o, Slaven Biliçin köməkçisi idi. Amma ətraflı heç nə deyə bilməyəcəyəm.
 
- Avro-2020-nin seçmə mərhələsinin ilk oyununu Azərbaycan Xorvatiyaya qarşı keçirəcək. Səncə, yığmamızın bu matçda xal almaq potensialı var?
- Hər kəs Xorvatiyanın gücünü bilir. Hansı oyunçulara sahib olduğunu, bu futbolçuların hansı klublarda oynadığını görürürük. Komanda dünya çempionatında ikinci oldu və böyük nəticə idi. İlk matçda da onlara qələbə lazımdı. Düşünürəm ki, Zaqrebdə oynamaq da ağırdı. Bu səbəbdən şansları açıq görünür.
 
AĞA

 
tarix: 07-02-2019 11:37


 
Xəbər lenti
21.06.2019
20.06.2019

22:25  Namiq Ələsgərov: “Əsas odu Avroliqadakı ilk oyunumuzadək tam hazır olaq”

21:55  “Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm"

19:47  “Neftçi”dən Rusiya klubu üzərində inamlı qələbə

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:25  “Səbail” “Neftçi”nin daha bir futbolçu ilə müqavilə bağladı

18:27  Meksika klubundan millimizin üzvü üçün yarım milyonluq təklif

17:58  MS ukraynalı futbolçu ilə müqavilə imzaladı

17:24  “Ayaks” baş məşqçisi ilə bağlı qərar verdi - RƏSMİ

17:02  “Səbail”in ilk sınaq matçının başlama vaxtı bilindi

16:47  “Neftçi”nin futbolçusu rəsmən “Səbail”də

16:24  “Real”ın futbolçusu rəsmən “Atletiko”da

16:01  Milli komandada yeni baş məşqçi

15:42  “Qarabağ” Çempionlar Liqası üçün bu stadionu seçdi

15:23  Srna yenidən “Şaxtyor”da

15:08  İnsinye “Napoli”dən ayrıldı - RƏSMİ

14:30  Balayevli “Tobol”u finala buraxmadılar - VİDEO

14:08  Con Terri “Aston Villa”da qaldı

13:47  “Yuventus” futbolçusunu 15 milyon avroya satdı

13:03  “Neftçi” və “Speranta”nı məğlub edərək, yolumuza davam edəcəyimizi deyə bilərik”

12:46  İtaliya millisinin üzvü rəsmən “İnter”də

12:30  “Arsenal”ın futbolçusu püşkdən razıdı: “Bizim üçün böyük üstünlükdü”

12:15  “Qarabağ”dan ikitərəfli oyun

12:01  “Sabah”dan 2000 manatlıq müsabiqə!

11:44  “Neftçi”nin Türkiyədə 5-ci günü - VİDEO

11:23  Argentina millisi yenə xal itirdi

11:00  “Zirə”də yeni müqavilə

10:30  MY-nin əfsanəsi cəzalandı - Bukmeker kontorunda mərcə görə

10:00  Sabiq “Qalatasaray”lıdan dopinq etirafı

09:30  MY ispaniyalı futbolçusu ilə nikah təzələdi

09:15  “Mançester Siti”də yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az