(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“AFFA ilə puldan yox, yalnız futboldan danışdıq”

“AFFA ilə puldan yox, yalnız futboldan danışdıq”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan xorvatiyalı Nikola Yurçeviç “Report”un sullarını cavablandırıb. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir.

- AFFA-dan təklif almağınız necə baş verdi?
- Assosiasyadan əlaqə saxladılar və belə bir təklif irəli sürdülər. Görüşüb, müzakirə etdik.

- Harada və kimlərlə görüşdünüz?
- Danışıq üçün Bakıya gəldim. AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun bir neçə nümayəndəsi ilə görüşdük.

- Həmin vaxt nələri müzakirə etdiniz?
- Milli komanda ilə mənim hədəf və planlarımızdan danışdıq. Daha yaxşı olmaq və müsbət nəticlər əldə etmək üçün hansı işlərin görülməsindən söhbət açdıq.

- Maliyyə şərtləri hər iki tərəfi qane edir?
- AFFA ilə puldan yox, ancaq futboldan danışdıq.

- Yekun qərar nə zaman veriləcək?
- Qərarın bir neçə gündən sonra qəbul olunacağını düşünürəm. 

- Təklif aldıqdan sonra Xorvatiya yığmasında bir yerdə oynadığınız Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə əlaqə saxladınız?
- Əlbəttə, həm Prosineçi, həm də köməkçisi Qordan Tsipriçlə danışdım. Onlar Azərbaycan, Bakı və milli haqda müsbət fikirlər söylədilər.

- İndiyə qədər Azərbaycan millisinin hansı oyunlarına baxmısınız?
- Çoxlu sayda matç izləmişəm. Məsələn, Azərbaycanın Xorvatiya, Almaniya, İtaliya, Norveç, San Marino, Çexiya və digər yığmalarla görüşlərinə baxmışam. Həmçinin “Qarabağ”ın “Atletiko” ilə Çempionlar Liqasındakı və “Neftçi” ilə Premyer Liqanın ötən turundakı oyununu görmüşəm.

- Azərbaycanlı futbolçulardan kimləri qeyd edə bilərsiniz?
- Konkret ad çəkməyəcəyəm, amma çoxlu sayda yaxşı və maraqlı oyunçu var.

- Azərbaycan barədə ilkin təəssüratlarınız necədir?
- Çox müsbət. Bakı gözəl şəhərdir və baş məşqçi təyin olunacağım təqdirdə, orada məmnuniyyətlə yaşaya bilərəm.


 
tarix: 07-02-2019 17:58


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az