(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Balayevin transferindəki gizlinlər

Balayevin transferindəki gizlinlər

İki fərqli açıqlamadı. Kimsə yalan danışır və ya doğrunu deyirlər, sadəcə, əməldə yanlışlıq var, tərəflərdən biri maxinasiyayla məşğuldu. Bu məsələ FIFA, UEFA səviyyəsinə qalxsa, araşdırma başlasa, kimlərinsə qulağının dibi qızaracaq. Ciddi sanksiya da mümkündü.
 
Emil Balayevin “Tobol”a transferi fərqli xəbərlərlə süstləndi və bəlli oldu ki, mətbuatın əldə etdiyi bilgilər əsaslıdı. “Səbail”dən ayrılıb Qazaxıstan klubuna gedən qolkiper ilinə 200 min avro maaş alacaq. Və bu keçidə görə paytaxt klubu da 52 min avro əldə edib.
 
Maraqlıdı ki, “Tobol” rəsmən Emilin azad agent kimi transfer olunduğunu bəyan edir. Qazaxıstan təmsilçisinin idman direktoru Nikolay Panin klubun saytına son açıqlamasında deyib ki, Balayevin transferi üçün “Səbail”ə heç bir məbləğ ödənməyib: “Emil Balayevin transferi üçün klubuna 52 min avro ödədiyimiz haqda mətbuatda çıxan, “transfermarkt”da yer alan məlumatlar düzgün deyil. O, bura azad agent kimi gəlib. Transferdə Valeri Qazzayevin (komandanın baş məşqçisi Vladimir Qazzayevin atasınıı nəzərdə tutur) şəxsi nüfuzu böyük rol oynadı”.
 
"Səbail"in mətbuat katibi Törə Əhmədova isə “Futbol+”ə fərqli açıqlama verib: "O düzdü ki, futbolçumuz "Tobol"la azad agent statusu ilə müqavilə imzalayıb. O ki qaldı qazanca, "Səbail" Emil Balayevin transferindən maliyyə əldə edib, lakin bu, klubun kommersiya sirridi deyə, məbləği açıqlaya bilmərəm. Valeri Qazzayevin isə bu transferdə yaxından-uzaqdan heç bir rolu olmayıb".
 
Göründüyü kimi, biri qatığa qara, digəri ağ deyir. Qazzayevlə bağlı məsələdə kiminsə yalan danışdığı dəqiqdi. Bir adam həm ortada ola, həm də olmaya bilməz. Amma əsas məqam maliyyə ilə bağlıdı. Hər iki tərəf futbolçunun azad agent kimi transfer olunduğunu deyir. Balayevin isə “Səbail”lə müqaviləsi davam edirdi, o, azad deyildi. Təbii ki, Bayıl klubu ona bu sərbəstliyi nəyinsə qarşılığında – yəni, Törə xanımın dediyi qazancın müqabilində verib. Lakin bütün bu alış-veriş UEFA-dan gizlədilib.
 
Yəqin ki, Emil “Tobol”dan götürdüyü pulla özü öz transfer hüququnu alıb, sərbəst qalıb və qazaxlarla müqavilə imzalayıb. Lakin beynəlxalq futbol qurumları bu barədə məlumatlandırılıbmı? Hazırda Qazaxıstan futbolunda dəhşətli maliyyə maxinasiyaları reallaşır. Emilin daha böyük məbləğli müqaviləyə imza atması mümkündü. Amma həmin müqavilədə nəzərdə tutulan məbləği deyil, yalnız 200 mini alacaq. Elə kiminsə cibinə gedən əlavə vəsaitdən də “Səbail” razı salınıb.
 
Klub nümayəndəsinin hər bir açıqlaması beynəlxalq təşkilatlar üçün sübut rolunu oynayır. Emil Mpenzanın “Neftçi” ilə milyon davasında da buna şahid olduq. Ona görə də həm Paninin, həm də Əhmədovanın açıqlamaları önəm daşıyır. Sabah bu açıqlamalar UEFA-da tutuşdurulsa, futbolçunun, klubların gizli sövdələşməsi üzə çıxacaq və buna görə başlar ağrıyacaq.
 
Rəsmi sənədlər açıqlanana kimi prosesi izləyəcəyik.
 
CAVAD

 
tarix: 08-02-2019 10:02


 
Xəbər lenti
15.09.2019

21:56   “Neftçi” “Qarabağ”a uduzur - YENİLƏNİR

21:44   “Everton” uduzdu, “Arsenal” xal itirdi

20:55   Tərlan Əhmədov: “Biz də hər matçda belə oynamalıyıq”

20:47   “Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

20:28   “Keşlə” - “Səbail” matçında 3 qol - VİDEO

19:53   “Barselona”nın futbolçusu La Liqanın tarixinə düşdü

19:34   Nazarov üçün 66 dəqiqə və 3 xal

18:50   Emil Balayevli “Tobol”a 1 qol bəs etdi - VİDEO

18:36   Neymar: “PSJ-dən ayrılmaq istədiyimi hər kəs bilirdi”

18:09   “Sevilya” Bakıya qələbə ilə gəlir - VİDEO

17:23   “Atletiko”nu dayandıran tapıldı - VİDEO

16:56   Ufuk Budakın komandası ilk qələbəsini qazandı

16:34   “Barselona” - “Valensiya” matçında 7 qol - VİDEO

16:11   Nəbiyevli “Slaviya” 3 xalı 4 qolla qazandı

15:32   “Beşiktaş”dan 4 oyuna 2-ci məğlubiyyət - VİDEO

15:11   “Qalatasaray”ın futbolçusu əməliyyat olundu – 2 ay olmayacaq

14:48   PSJ Neymarla sevindi - VİDEO

14:09   Millimizin üzvü 6 cavabsız qola sevindi

13:45   “Yuventus”dan ilk xal itkisi - VİDEO

13:26   Əliyev üçün 65 dəqiqə və 3 xal

13:03   “Real” 3 xalı 3 qolla qazandı - VİDEO

12:48   Dadaşovun komandası 4 qola üzüldü

12:33   Dili kəsilən “Sumqayıt”, dəyişməsi vacib olan “Sabah”

12:26   “Liverpul”dan ardıcıl 5-ci qələbə - VİDEO

12:04   “Beqoviç daim oynasa, milliyə dəvət şansı qazanacaq”

11:57   Tiqrucadan etiraf: “Qol epizodunda top əlimə dəymişdi”

11:47   Nəcəfov yeni məşqçi ilə bağlı danışmadı: “Bizə limit lazım deyil”

11:33   “Mançester Siti”dən gözlənilməz məğlubiyyət - VİDEO

11:12   Təbriz klubu doğma meydanda uduzdu

10:44   İspaniya Avropa çempionu oldu

10:16   “Spartak” Ayaz Quliyevin yoxluğunda məğlubiyyətlə üzləşdi

09:30   “Qarabağ”ın rəqibi səfərdən əliboş döndü

09:11   “Bu vəziyyətə özümüz düşmüşük”

01:01   “Barselona”dan asan, “Real”dan çətin qələbə

00:45   “Yuventus” xal itirdi, “İnter”lə “Napoli” qalib gəldi

00:01   Neymar PSJ-yə qələbə qazandırdı

14.09.2019

23:26  “Beşiktaş” səfərdə məğlub oldu

23:07  “Bavariya”dan heç-heçə, “Borussiya”dan darmadağın

22:46  MS “Norviç”ə uduzdu, iddialılar qalib gəldi

22:28  “Qəbələ”dən ilk qol, ilk qələbə - VİDEO

22:23  “Bəzi oyunçular istəksiz idi, amma uğursuzluğun əsas günahkarı mənəm”

22:15  Elmar Baxşıyev: “Mənim də uğurlu olacağıma zəmanət yoxdu”

21:57  “Sumqayıt” “Zirə”yə, “Sabah” “Qəbələ”yə uduzdu

21:23  “Qarabağ”ın rəqibindən ilk oyunda darmadağın

20:54  “Belə rəqiblə oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən”

20:49  Samir Abasov: “Limit Azərbaycan futboluna mane olur”

20:28  “Sumqayıt” - “Zirə” matçında 3 qol - VİDEO

19:24  Rüfət Dadaşov qol vursa da, komandası uduzdu

18:39  Millimizə daha bir futbolçu cəlb olundu

18:11  Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” 7 qola sevindi

17:35  Paşayevin komandasından inamlı qələbə

17:00  Eriksen “Tottenhem”lə yeni müqavilə imzalamaqdan imtina etdi

16:00  MY-dən “Real”ın futbolçusu üçün 75 milyon avro

15:21  “Qarabağ” - “Neftçi” matçı 1 manata

14:48  “Ölkəmdəki yoxsulları düşünürəm və özümü günahkar hiss edirəm”

13:20  Valverde zədələndi

13:00  “Azərbaycan millisi nə vaxt turnirlərin son mərhələsinə vəsiqə qazanmışdı ki, mən gələndə qazanmadı?” - Yurçeviç

12:30  “Qalatasaray”ın yeni transferi erkən əvəzlənməsinin səbəbini açıqladı

11:56  “Qarabağ” qərarını niyə dəyişdi?

11:33  Alisson nə vaxt qayıdır?

11:00  “Barselona”nın futbolçusu 6 həftə oynamayacaq

10:30  Millimizin üzvü üçün 26 dəqiqə və 1 xal

10:00  Rəqibini dişləyən futbolçuya 5 oyunluq cəza

09:34  “Arsenal” hücumçusunu bir aylıq itirdi

09:00  Qriqorçuk təkzib etmədi: “Neftçi” barədə şərh vermək istəmirəm”

00:57  La Liqada tura qolsuz start

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az