(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Stuxlik bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa?

Stuxlik bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa?

Odu söndürüb külü ilə oynayırlar. “Qəbələ”nin ehtiyat bayrağa görə cəzalandırılmasının başqa adı yoxdu.
 
Premyer Liqanın son turunun “Qəbələ” – “Sumqayıt” matçında meydan sahibləri lazımi inventarları təmin etmədiyinə görə 1600 manat cərimələnib. “Qırmızı-qaralar” isə bununla bağlı apellyasiya şikayəti verib.
 
Qaydalar cəriməni əsaslı edir. Amma iş ondadı ki, bu qədər problem qala-qala ehtiyat bayrağa görə cərimələnmə nə dərəcədə doğrudu? Bəli, “Qəbələ” bu kiçik prooblemə görə cəzalanmalıdı. O zaman “Keşlə” hər oyundan sonra cərimələnməli, meydana çıxmasına icazə verilməməlidi. Çünki bu klubun oynadığı “ASK Arena”nın qazonu standartlara cavab vermir, oyun keçirmək üçün uyğun deyil. Və ya Sumqayıt stadionuna tamaşaçı buraxılmamalıdı. Orada pilləkənlərdə, oturacaq olmayan yerlərdə də azarkeşlər oyunu seyr edir və təhlükəsizlik baxımından bütün tələblərə əməl olunmur.
 
Siyahını daha da uzatmaq olar. Və demək olar ki, hamıda çox ciddi problemlər var. Belə olan halda niyə yalnız “Qəbələ” və nə üçün ehtiyat bayrağa görə? Bu, 2-3 müstəqil klubdan daha birinin bezdirilməsinə, sıxışdırılmasına görədimi?
 
Əslində, bu məsələlərə görə yarışı keçirən qurum, yəni, Peşəkar Futbol Liqası ölçü götürməlidi. Lakin onlar hamının hansı problemlərlə, çətinliklərlə yaşadığını bildiyindən kiçik məsələlərə diqqət ayırmır, imkan daxilində güzəşt yolu seçirlər, ciddi problemə səbəb olmayacaq qüsurlara göz yumurlar. Doğrudumu? Qətiyyən! Amma hər şeyə dəqiqliklə diqqət ayrılsa, ölkədə heç avrokuboka gedəcək qədər komanda qalmaz.
 
İndiki halda qazanı qaynadan AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsidi (onlara tabe olan AFFA nümayəndəsi – red.). Frits Stuxlik qabağa verilib və yeni sədrin islahatları adı ilə bəzi adamlar müstəqil klublara təzyiq edir. “Qəbələ” ilə yanaşı, “Qarabağ”ın da bu turda 1600 manat cərimələnməsi təsadüf deyil. Avstriyalının adından istifadə edilir, komitənin əsas fəaliyyət istiqamətləri unudulur.
 
Halbuki bu komitə “Sabah”ın hücumçusu Marko Deviçin əyani dərs verdiyi hakimlərin hazırlığı ilə məşğul olmalıdı. Serb “Zirə”ylə oyunda rəqib futbolçunu təxribata çəkib, ona qırmızı vərəqə verilməsinə ustalıqla nail oldu. Stuxlik hakimlərin hazırlığı ilə ciddi məşğul olsaydı, həmin hakimlər epizodu doğru “oxuyar”, Deviçə təhrikedici hərəkətinə görə sarı verərdi. Amma Marko bizim hakimlərdən daha peşəkar davrandı, futbol bicliyi ilə onları tora saldı. Stuxlikin əsabələri ehtiyat bayraq axtarmaq əvəzinə bu işlərlə məşğul olmalıdı.
 
Və ya “Qarabağ” – “Neftçi” oyununda Anton Krivotsyuka göstərilən qırmızı vərəqə, Baqali Daboya qarşı cəzasız qalan hərəkətlər müzakirə olunmalıdı. Stuxlik Avstriyadan bayraq saymağa yox, hakimlərin hazırlığını yüksəltməyə gətirilib. Mahiyyəti unudub, görüntü yaratmaq hələ iş görmək deyil.
 
Bizim üçün AFFA-nın “Qəbələ”nin şikayəti əsasında hansı qərarı verəcəyi maraqlıdı. Elə əyalət klubunun ondan sonra atacağı addımlar da…
 
FƏRİD

 
tarix: 08-02-2019 09:00


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az