(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA üçün təklif: tələbata uyğun kadr hazırlayın!

AFFA üçün təklif: tələbata uyğun kadr hazırlayın!

Həftənin əvvəli AFFA-nın bir sıra məşqçilərə diplom və sertifikatlar təqdim etməsi ilə əlamətdar oldu. Futbol akademiyasında qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sənədlər təqdim olundu.
 
Qapıçı məşqçilərinin fərqləndirilməsi əla təşəbbüsdü. Spesifik sahədi və ayrıca qiymətləndirilməsi lazım idi.
 
Lakin AFFA bu baxımdan daha əhatəli işləməlidi. Ölkəmizdə 10 ildi yeyib-yatan texniki direktor Bernard Lippert təkcə diplom paylamaqla kifayətlənməməli, ölkə futbolunu kadr potensialını və ehtiyaclarını müəyyənləşdirməklə məşğul olmalıdı. Vakansiyalar müəyyənləşməli, kurslar tələbata görə təşkil edilməlidi. PRO kateqoriyalı məşqçilərin sayını 50-yə çatdırmaqla inkişaf olmur, ölkədə cəmi 8 peşəkar klub var. Və ya digər kateqoriyalar üzrə yüzlərlə diplom paylamaq çıxış yolu deyil.
 
Ölkədə fiziki hazırlıq üzrə bircə məşqçi yoxdu. Bütün klublarımız əcnəbilərin ümidinə qalıb, yalnız “Keşlə”də beləsi yoxdu. Bu klub ümumiyyətlə, sözügedən postu boş qoyub və acı nəticəsini də 15-ci turda yaşadı. “Səbail”lə oyunda komandanın qış hazırlığını düzgün keçmədiyi, fiziki yükləmələrin doğru verilmədiyi aydınlaşdı. Buna görə də ayağı top tutmayan futbolçular darmadağına (0:3) şahid oldu.
 
Digər bütün klublarımız ölkədə mütəxəssis tapmadığından xaricə boylanmağa məcburdu və faktiki qazanclı iş yerləri başqalarına etibar olunur. AFFA bu məsələyə diqqət yetirməli, məşqçiliyə yeni başlayanlar üçün kurslar, seminarlar təşkil etməli, bu sahəni seçmələrinə istiqamət verməlidi. Fiziki hazırlıq üzrə məşqçilər üçün xüsusi hazırlığa ehtiyac var. Bu, həm potensial iş yerləri, həm də yeni təcrübə deməkdi. Elə sahədi ki, xüsusi istedad tələb etmir, sadəcə, iş düzgün aparılmalı, kadrlar yetişdirilməlidi.
 
Günümüzün futbolununun fiziki hazırlığa, sürətə, dözümlülüyə söykəndiyini nəzərə alsaq, bu baxımdan gecikdiyimizi də deyə bilərik. Kimə gəldi kateqoriya paylayıb, onları uşaq futboluna, gələcəyimizi şikəst etməyə göndərməkdənsə, daha vacib sahələrə yararlı kadrlar hazırlamaq lazımdı. Lippertin hesabatlarında, illik planlarında bu barədə qeydlər olmayıb, bundan sonra olacağına ümid edirik.
 
AĞA

 
tarix: 08-02-2019 12:05


 
Xəbər lenti
20.04.2019

23:28   “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22   “Qalatasaray”dan inamlı qələbə

21:48   Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14   Nazarovsuz heç-heçə

18:32   Dadaşovun komandasına 1 qol bəs etdi

16:57   Balayevin komandasından ilk xal itkisi

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az