(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Perspektivsiz yığmaya layiqli namizəd axtarışında

Perspektivsiz yığmaya layiqli namizəd axtarışında

AFFA hələ də milli komandanın yeni baş məşqçisini müəyyənləşdirməyib. Danışıqlar gedir, son günlərdəki tələskənlik, ad sızdırmaları prosesin sona yaxınlaşdığını göstərir. Lakin fakt budur ki,
 
41 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək.
Həmin yarışa qatılacaq milli komandamız 62 gündü baş məşqçisizdi.
 
İndi Nikola Yurçeviçin adı daha çox səslənir. Təbliğatından bəlli olur ki, əsas namizəddi. Millimizin sabiq baş məşqçisi Robert Prosineçki də həmyerlisini tərifləyən açıqlama veribsə, deməli, torbada pişik var, qalır onun ağzını bağlamaq. Ancaq Nikola nə dərəcədə layiqli namizəddi? Məşqçilikdə heç bir uğuru olmayan, əbədi ikinci funksiyası ilə barışan biri milli komanda yükünü daşıya bilərmi?
 
Xorvat məşqçi hələlik ən real namizəddi, lakin sürpriz adla da rastlaşa bilərik. Baş katib Elxan Məmmədov şahmat oynayır, yalnız hər baxımdan özünə sərf edən adamı tapanda “şah” deyəcək. Elə bir məqamda ki, məcburən razılaşılsın, xeyir verib-verməyəcəyi müzakirə olunmasın, tələsik qərar verilsin. O zaman millinin perspektivi, nəticələrin yaxşılaşdırılması və s. yada da düşməyəcək.
 
AFFA-nın bu qədər yubanmasının obyektiv səbəbi də var. Assosiasiya rəsmiləri əcnəbilərin qarşısına konkret tələb qoyur: Avro-2020-nin final mərhələsi. Ağıllı məşqçilər də araşdırır və görür ki, perspektiv yoxdu, hansısa vəd versələr, biabır olacaqlar. Ona görə də adlı-sanlı mütəxəssislər yox, İqor Tudor kimi özünü təsdiqləyə bilməyən, Anjelo Alessio, Nikola Yurçeviç kimi kiminsə köməkçisi olan sıradan məşqçilər təyinata razılıq verir və oturub AFFA-dan cavab gözləyir.
 
Bu məşqçiləri qınamağa əsas yoxdu. Ölkədə qeydiyyatdan keçmiş, futbol ailəsinin üzvü olan 155 min nəfər olsa da, faktiki milliyə namizədlərin sayı 40 nəfəri keçmir. Və bu qədər kiçik dəstənin arasından 23 nəfər seçib, milliyə çağırmaq lazımdı.
 
Premyer Liqada oynayan 8 komandada 6 yer əcnəbilərin, 1 yer limitə düşən oyunçunun payına düşür. Qalır 4 oyunçu və bu rəqəmi 8-ə vuranda say 32 olur. Kimsə Elxan Məmmədov kimi fərli misal göstərə, məsələn, “Sumqayıt”da hamının yerlilər olduğunu deyə bilər. Lakin əvvəlcə bu komandadan milliyə layiq 1-2 nəfəri tapmaq lazımdı ki, sonra daha böyük saydan danışaq. Normalda 8 klubda milli səviyyəli heç 20 futbolçu yoxdu. Start heyətinə düşməyənləri ümumiyyətlə, nəzərə almamalıyıq. 3-4 legioneri da saysaq, mənzərə aydın olur. Bu qədər bəsit heyətlə millini final mərhələsinə çıxarmağı heç bir ağıllı məşqçi vəd etməz.
 
Ölkədə təkcə milli səviyyəsində deyil, ümumiyyətlə, futbolçu qıtlığı var. Premyer Liqanın 15-ci turunda baş tutan oyunların protokollarına diqqət edin. Protokola 23 nəfərin adını yazmağa icazə var və bu sayı yalnız “Neftçi” doldurub. Akademiyası ilə oyunən “Qəbələ” isə cəmi 19 nəfərlə oyuna çıxmışdı.
 
Bunu klubların da problem saymaq olmaz. Cəmi 28 turun oynanıldığı yarış üçün böyük heyət sifariş etmək ağılsızlıq, yersiz pul israfıdı. Çempionatda rəqabət olmadığından klublar az sayda futbolçu sifariş edir, bu isə milliyə namizədlərin siyahısının qısalması ilə nəticələnir.
 
Təbii ki, bu mənzərəni milliyə rəhbərlik etmək üçün dəvət alan, müzakirəyə qoşulan məşqçilər də görür. Bu qədər kiçik potensialın qarşısında Avro-2020-nin final mərhələsi tələbi hamının imtinasına səbəb olur. Yəqin ki, bu nüansları nəzərə almayan, sığortalı, bahalı müqavilə bağlamaq üçün yalandan vədlər verən kimsə tapılacaq. AFFA indi məhz həmin adamı axtarır. Vaxt isə daralır.
 
CAVAD

 
tarix: 08-02-2019 11:04


 
Xəbər lenti
26.04.2019

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az