(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Futbol+” kollektivi prezidentə müraciət etdi

“Futbol+” kollektivi prezidentə müraciət etdi

"Futbol+” qəzetinin kollektivi prezident İlham Əliyevə müraciət edib.
 
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına
 
Hörmətli cənab Prezident!
 
Məlumat üçün bildiririk ki, ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görən "Futbol+” qəzeti son 22 ildə müntəzəm nəşr olunan, fəaliyyətinə bir gün də fasilə verməyən, ölkənin idman uğurlarının təbliğinə, oxucu kütlələrinin maariflənməsinə xidmət edən yeganə gündəlik idman nəşridi. Həm də nəinki Azərbaycanda, bütün postsovet məkanında həftədə ən azı 5 dəfə işıq üzü görən üç idman qəzetindən biridi. Bu müddətdə qəzetin işi dəfələrlə ən yüksək səviyyədə təqdir olunub, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bir neçə dəfə "Futbol+”i "ilin idman qəzeti” elan edib. Böyük məmnunluq hissi ilə bildiririk ki, məhz qəzetin yetişdirdiyi yüzlərlə kadr ötən müddətdə həm jurnalistikada, həm də idman strukturlarında özünə yer edib, mövqe qazanıb. Ötən 22 ildə qəzet əsasən satışdan gələn pul hesabına ayaqda qalmağı, işçilərinin güzəranını təmin etməyi bacarıb. 2013-cü ilin yanvarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrində də müntəzəm iştirak edirik. Düzdü, "Futbol+” daim Fonddan ən az yardım alan gündəlik qəzet olub, bununla belə, qəzetin yaşaması naminə biz bu jesti yüksək qiymətləndirir, şəxsən Sizə təşəkkür edirik.
 
Hörmətli cənab Prezident!
 
Yanvarın 31-də KİVDF bu ilin ikinci rübü üçün qəzetlərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan açıqlayıb və nədənsə müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağını bildirib. Bu məqam bizi, yəni bu qəzetdə çalışanları, eləcə də oxucularımızı ciddi narahat edir. Niyə yalnız ictimai-siyasi qəzetlər? Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Sizin ölkə idmanının inkişafı, idmançıların sosial rifah halının yaxşılaşdırılması naminə necə böyük işlər gördüyünüzdən bu ölkədə hər kəs xəbərdardı. Bəs onda ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı?
 
Siz Azərbaycanı idman ölkəsinə çevirmək yolunda inadla çalışırsız, amma belə çıxır ki, məmurlar yeganə gündəlik idman qəzetinin məhvində maraqlıdılar. Bizə elə gəlir ki, idman ölkəsində gündəlik idman qəzetinin yoxluğu ilk növbədə Sizin imicinizə ziyandı, çünki Fondun varlığı Sizin təşəbbüsünüzdü. Məmurlar Sizə qarşı əhalidə narazılıq oyatmağa çalışır, axı yuxarıda qeyd edildiyi kimi, Fond Azərbaycan Prezidentinin adı ilə bağlıdı.
 
Odu ki, KİVDF-nin son müsabiqə elanında idman nəşrlərinin layihələrinin maliyyələşməsi ilə bağlı qadağanın aradan qaldırılmasında bizə yardım etməyinizi, ümumiyyətlə, "Futbol+”in taleyinə həssas yanaşmağı Sizdən vətəndaş və jurnalist kollektivi olaraq xahiş edirik.
 
Hörmətlə,
"Futbol+” qəzetinin kollektivi

 
tarix: 08-02-2019 11:41


 
Xəbər lenti
18.06.2019

18:45   Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28   Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06   Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51   “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45   “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30   Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15   13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00   Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42   “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24   “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00   UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31   PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08   “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

15:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

14:43   “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26   “Qarabağ” Avstriyaya yola düşdü

14:04   Platini həbs olundu

13:47   Messi Fransa klubunda

13:29   Milli komandada ciddi itki

13:08   Nesta İtaliya klubunda

12:42   Nazim Süleymanov bu dəfə Buzovnada

12:29   “Qarabağ”ın oyununda 6 qol

12:08   Uelbeklə danışıqlar dayandırıldı

11:57   Çili millisi darmadağına sevindi

11:42   Poqbaya yeni təklif

11:21   "Səbail"dən Avstriya klubuna

11:11   Lemezis ölkəmizə gəlməməsinə sevinir

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az