(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Beşmərtəbənin 6-cı mərhəbəsində... Protokollaşdırma...

Beşmərtəbənin 6-cı mərhəbəsində... Protokollaşdırma...

Avropa futbolu mədəniyyətdi. Təsadüfi deyil, UEFA ilə yanaşı FİFA da "köhnə qitə"dən dünya futbolunu idarə edir.
 
Azərbaycan da Avropa futbolunun bir parçasıdı. Futbol səviyyəsinin təmin olunması üçün avropalıların ölkəmizdəki düşüncəsi deyil, özümüzdə Avropa futbol təfəkkürünün olması vacibdi...
 
Avropa futbolu deyəndə o demək deyil ki, etalondu. "Eyzel" faciələrindən nəticə çıxara-çıxara bu günlərə gəliblər. İndi də ara-sıra ciddi qalmaqallar yaşanır. "El klassiko"da meydana atılan yad əşyalar, İtaliya-Serbiya görüşündə serb fanatların əcaibliyi, Polşa tribunalarında nasist şuarları, irqi ayrıseçkilik, oyun alqı-satqıları...
 
15 ildi Azərbaycan futbolu Avropa təcrübəsi məkanına çevrilib, eksperimentlər aparılır. Alman sistemi yararsız çıxdı, xorvat nümunəsi yarımçıq qaldı, indi də növbə serblərindi...
 
Dərk edilmir ki, yararsız, futbol sisteminin özüdür, bu durumu yaradanlardır...
 
Son həftələr protokol oyunları atılıb ortaya. Day demə, Azərbaycan futbolu elementar hakim raportu səviyyəsində də deyilmiş. Bəh-bəhlə yeni protokollar təbliğ edilir, Avropadan gələnlər "əncir yarpağı" futbolumuzu abıra salırlar. Bununla da futbolda olan təsadüflər özlərini, bacarısızlıqlarını bir daha ifşa edirlər.
 
13 il öncə "Sabahın Ulduzları" yarışlarında minimum şəraitlə bu sistem tətbiq edilib. AFFA-dakı maliyyə, iş şəraiti ilə nələr etmək olmazdı?!
 
Mirabdulla Abbasov ilin futbolçusu seçilir. Heç kimin tanımadığı balaca Miri digər uşaqlarla 2006-cı ildən futbol mədəniyyəti görüb. Ovaxtdan "Turun ulduzu", yarışların ən yaxşıları seçilə-seçilə gələcəkləri bilinirdi, təmin edilirdi. Hər həftə himn sədaları altında, milli, klub, "f.-pley" bayraqları ilə meydanlara çıxılırdı, futbol mədəniyyəti, səviyyəsi göstərilirdi...
 
Ovaxtkı FİFA referilərimiz yaşıl meydanda uşaqlara davranış qaydalarını aşılayır, gənc Əliyar Ağayev də uşaqlarla bir yerdə böyüyürdü, püxtələşirdi. 2006-da "Sabahın Ulduzları" yarışları Avropada seçilərək UEFA-nın xüsusi diplomu ilə təltif edilib...
 
Nə böyük hadisə baş verib, Stuxlik ölkə futboluna prokokol mədəniyyəti gətirib. Bir təqdimat verin, şöhrətləndirin. Şöhrətləndirin ki, 15 ildi AFFA-da otura-otura elementar futbol mədəniyyəti olmayıb, tədbiq edilməyib, bunları edənlərə şərait yaradılmayıb, min yollarla qarşıları kəsilib. Elə bu gün də "davam edir 37"...
 
Bu illər ərzində başlar yüz milyonlara qarışıb. Mirabdullalar indi qiymətə minib, ovaxtlardan üzü bu yana axtyamov, eddilərin milyonları lazım idi... O milyonlar ki, bu illər ərzində düzgün xərclənsəydi, yüzlərlə mirabdullalar üzə çıxardı... İndi də uşaq futbolunda texniki məğlubiyyətlər, səviyyəsiz yarışlarla yanaşı, bir-birinə düşmən ölkələrin futbolçularını bir araya gətirib futbol "limandra"sı düzəldilir, milliləşdirilir, futbolun "gələcəyi" düşünülür...
 
Uşaqlara top çilətdirildiyi vaxtlardan bugünlərə kimi Azərbaycan futboluna bir milyard dollardan çox vəsait yatırılıb. O pullarla ölkə futboluna Avropa yox, kainat mədəniyyətini gətirmək olardı. 100 milyonlar talanandan sonra 8 komandalı "Bakı birinciliyi"nin başı "protokol oyunları" ilə qatılır...
 
90-cı illərin müharibəsindən, siyasi-iqtisadi xaosundan, dərəbəylikdən, qalmaqallardan, mübarizədən keçib bu günlərə gəlinib. Ona görə gəlinməyib ki, milyardlar fonunda xalqın başı "Baden-badenin mavi gecələri"nin protokolları ilə aldadılsın, müstəqil klublar bayraq, məşqçi oyunları ilə cərimələnsin...
 
10-15 ildi lippertlərdən tutmuş stuxliklərlə Azərbaycan futbolunun başında dəlləklik edilir. Ən pisi, faciəsi də odur ki, "şüşəbəndin" mərtəbələrindən sürüşdürülənlər gələnlərə tərif yağdırır, uğurlar arzulayır, susurlar. Bununla da öz bacarıqsılıqlarını, qətiyyətsizliklərini göstərmiş olurlar...
 
Azərbaycan futbolunda sıxma-boğmalar qarşısında tarixi uğurları qazananlar özümüzük, Avropadan gələnlər deyil. Özümüz isə bunları görmürük, görmək istəmirik. Stuxlikin, havadarlarının protokol "mədəniyyəti" tarixi uğurlardan, Milanda, Madriddə göstərilən əsl futbol mədəniyyətindən "üstün" gəlir.
 
Nəvaxta qədər özümüz özümüzə dəyər verməyəcəyik, "sapı özümüzdən olan baltalar"la Avropa futbol "mədəniyyəti"ni Azərbaycana gətirən stuxliklər futbolun başında hələ çox stullar sındıracaqlar. Görün futbol nə səviyyədə idarə olunur ki, elementar protokollar AFFA-dakılara göz dağı kimi göstərilir.
 
"Beşmərtəbənin altıncı mərtəbəsi"ndə yeni tarixi futbol "əsər"lərinin yazılmasına hazırlıq görülür...
 
Hələ ki, protokollaşdırırlar...
 
TAHİR SÜLEYMANOV

 
tarix: 09-02-2019 13:18


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az