(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yurçeviç Qurbanovdan xeyir-dua almağa gedir?

Yurçeviç Qurbanovdan xeyir-dua almağa gedir?

40 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək.
Həmin yarışa qatılacaq milli komandamız 63 gündü baş məşqçisizdi.
 
...Amma AFFA susqunluğa son qoyur. Nikola Yurçeviç növbəti dəfə Bakıya dəvət edilibsə və çempionat oyunlarını izləyəcəyi rəsmi məlumatla bəyanlanırsa, deməli, ictimai fikir buna alışdırılır.
 
Bəs, xorvat məşqçi bu təyinata layiqdimi? Milli komandamızı “3-cü sort” əcnəbiyə tapşırmaqla nəyə ümid edirik?
 
Bəri başdan qeyd edək ki, Yurçeviçlə milli komandamızı növbəti biabırçılıqlar gözləyir. Yığmamazın durumu bəllidi, bəsit kadr seçimimiz var. Əsas komandaya namizədlərin sayı baxımından tarixin ən pis dönəmindəyik. Və belə bir məqamda Nikola kimi sıradan biri, heç biri uğuru olmayan məşqçi təyinata hazırlaşır. Yerli məşqçilərimiz arasında da onun kimisi çoxdu və karyerası fiasko olan Yurçeviçi əsas namizəd kimi Bakıya dəvət etmək yaxşı heç nə vəd etmir.
 
Ən pisi odur ki, AFFA Slaven Biliçlə danışıq apara-apara onun köməkçisi ilə anlaşmağı lazım bilib. Əksəriyyət hətta bu məşqçinin özünü milliyə layiq bilmədiyi halda, indi Yurçeviçin gətiriməsi betərin betəridi. Avro-2020-nin final mərhələsinə vəsiqə kimi utopik arzunun reallaşmayacağı öz yerində, bu məşqçiylə nəticələr daha da pisləşəcək. Ümid edirik, Nikola ilə müqavilənin maliyyəsi az, müddəti qısa olar. Tezliklə qovulacağı şübhə doğurmayan bu şəxslə üysək yüklü kompensasiyaya başa gələcək anlaşma imzalamağa dəyməz.
 
Mili komandalarımızda serb – xorvat birgəliyi də yaxşı heç nə vəd etmir. 2 aşağı yaş qrupu serblərə, əsas milli onları görməyə gözü olmayan xorvata tapşırılır. İş prosesində Bakıda Balkan müharibəsi baş verməsə, yaxşıdı.
 
52 yaşlı xorvat daha məşhur həmyerlisi Biliçin köməkçisi qismində Xorvatiya yığmasında (2006-2012) işləyib. O, sonralar Moskva "Lokomotiv”ində, "Beşiktaş”da və "Vest Hem”də də eyni funksiyanı yerinə yetirib.
 
Köməkçi olması təsadüfi deyil. Çünki Biliçlə birgəliyə qədər baş məşqçi kimi ancaq fiaskolara səbəbkar olub. 2002/03 mövsümünün gedişində sabiq komandasının "sükanı arxasına” gətirilən Yurçeviç yalnız 6-cı pillə ilə kifayətlənib. Hərçənd növbəti "futbol ili”ndə Zaqreb "Dinamo”sunda baş verən islahatlar futbola bu klubda başlayan Nikolanın baş məşqçi olmasını şərtləndirdi. Başlanğıc pis alınmadı. Xorvatiya Superkubokunda "Hayduk Split”i 4:1 hesabıyla yenən "Dinamo” mütəxəssisə məşqçi karyerasının ilk kubokunu qazandırdı. Bəlli məsələdi ki, Zaqrebin ən məşhur təmsilçisi üçün ölkə Superkuboku fantastik "qənimət” deyildi. Həmin vaxt baş məşqçi paytaxt klubunu Çempionlar Liqasının qrupuna daşıya bilsəydi, rəhbərliklə münasibətləri gərginləşməzdi. Fəqət pley-offda Kiyev "Dinamo”suyla bacarmayan çalışdırıcı UEFA Kubokundakı uğursuzluqla (indiki Avroliqa) özünü lap gözdən saldı. Xorvatiyanın ana klubu "Dinamo” Yurçeviçin rəhbərliyi altında daxili birincilikdə də "qızıl”a həsrət qaldı. Ölkə çempionu adını isə Split "Hayduk”u qazandı. Maraqlıdı ki, rəhbərlik gənc mütəxəssisə bir qədər də şans verməyi məqsədəuyğun saydı. Klub idarəçiləri uğur hesab edilməyən "gümüş”ü Xorvatiya Kubokundakı qələbəyə bağışladı. Lakin 2004/2005 mövsümünün ilk 4 çempionat matçının 3-də heç-heçə oynayandan sonra AFFA-nın gözaltısı istefaya göndərildi.
 
"Dinamo”dan qovulandan sonra Yurçeviç ölkə xaricinə yollandı. Lakin "Zalsburq”da biabırçı startdan sonra Avstriyadan qaçmalı oldu. Yenidən Xorvatiyada – bu dəfə "Slaven Belupo”da qərar tutan məşqçi qısa müddətdən sonra autsayderə də lazım olmadı. 4 aya cəmi 3 qələbə onun qovulmasını labüd etdi.
 
Bundan sonra Biliçin qoltuğuna sığınan Yurçeviçi indi AFFA məşhur məşqçi kimi qələmə verməyə çalışır. Bu gün Sumqayıtda – onu bura gətirən menecer-prezident Riad Rəfiyevin komandasının çempion “Qarabağ”la oyununda Nikola seyrçi mövqeyində olacaq. Özü də o, millidən ədalətsizliklə göndərilən Qurban Qurbanovdan elə burada xeyir-dua almaq imkanına malikdi. Qurban xeyir-dua verə bilər, amma bu işin sonu xeyrili olmayacaq.
 
FƏRİD

 
tarix: 09-02-2019 14:01


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az