(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Çox əziyyət çəkdik”

Qurban Qurbanov: “Çox əziyyət çəkdik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib:

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

- Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi.

- “Sumqayıt"ın ikinci hissədəki oyunu sizi təəccübləndirmədi?
- İki hücumçu gözləyirdik. Amma bir hücumçu ilə oynadılar. 

- Fasilədən sonra komandanızın arxayınlaşdığını düşünmürsünüz?
- Deməzdim ki, arxayınlaşdım. Sadəcə, ikinci qoldan sonra bu, ola bilsin, hiss olundu. İkinci hissədə rəqibin heyətində 2 dəyişiklikdən sonra rəqib fəallaşdı. Komandam qələbə qazanmaq üçün çox əziyyət çəkdi. 

- Şahrudin Məhəmmədəliyevin oynamaması nə ilə əlaqədar idi?
- Qətiyyən "Neftçi" ilə oyuna görə deyildi. Sadəcə, dünən məşqdə diz nahiyəsindən zədə almışdı. 

- Mahir Mədətov nə zaman oynaya biləcək?
- Bu gün də fərdi məşq edirdi. Bir neçə günə komandaya qoşula biləcək. 

- İlk qolda mübahisəli durum yarandı. Həmin epizodu necə qarşıladınız?
- Mübahisəli bir şey yox idi. Özüm də qolun olduğunu gördüm və soyuqqanlı qarşıladım. Baş hakim də görmüşdü. Ola bilsin, yan xətt hakimi başqa fikirdə idi. Futbolçular bu zaman ona VAR sistemi göstərdilər (gülür). 

- Növbəti tur "Qəbələ"yə qarşı oynayacaqsınız...
- Çətin rəqibə qarşı oynayacağıq. Mövsümün ikinci yarısına daha ciddi hazırlaşdıqları görünür. Futbolçulara iki gün istirahət verdikdən sonra oyuna ciddi hazırlaşacağıq. Hər bir rəqib bir-birini yaxşı tanıyır. Asan oyun keçməyəcək. 

- Reynaldonun durumu sizi qane edir?
- Hələ yox. Son 3 məşqdə iştirak edib. Hər şey yaxşılığa doğru gedir. Tədricən daha yaxşı performansda olacağını düşünürəm. (Sportnet)


 
tarix: 09-02-2019 21:30


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az