(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə” “Səbail” üzərində qələbəyə sevindi

“Zirə” “Səbail” üzərində qələbəyə sevindi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında “Səbail” “Zirə”ni qəbul edib.

Qonaqlar bu görüşdə qələbə qazanmaqla turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağı hədəfləmişdilər. “Səbail” isə liderlər qrupundan aralı düşməmək üçün meydanı 3 xalla tərk etməyi düşünürdü. Zirəlilər matçın lap əvvəlində və sonunda vurduqları qollarla bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Nəticədə, "Zirə" sonuncu pilləni "Keşlə"yə təhvil verib.

Xatırladaq ki, ötən gün keçirilən oyunlarda “Sabah” “Qəbələ”yə 0:1, “Sumqayıt” isə “Qarabağ”a 0:2 hesabıyla uduzub. Son oyun gününün digər matçında isə “Neftçi” “Keşlə”ni 2 cavabsız qolla məğlub edib.

Azərbaycan Premyer Liqası
16-cı tur

10 fevral

“Səbail” – “Zirə” 0:2
Qol: X.S.Rodriqes, 2. S.Tounkara, 90+5.
Qırmızı vərəqə: E.Yunuszadə, 81 (ikinci sarı vərəqə)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev.
Bakı. “Bayıl Arena”, 16:30.

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 85. Kamal Bayramov (k), 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 18. Xulio Sezar Rodriqes, 38. İlkin Muradov, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 3. Budaq Nəsirov.
Baş məşqçi: Samir Abasov.


 
tarix: 10-02-2019 18:28


 
Xəbər lenti
21.04.2019

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az