(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Luçesku gedir, Günəş gəlir: Türkiyə millisi üçün sürpriz qərar

Luçesku gedir, Günəş gəlir: Türkiyə millisi üçün sürpriz qərar

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin yığma komandasında baş məşqçi dəyişikliyinə hazırlaşır.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF 15 illik fasilədən sonra Şenol Günəşi “ay-ulduzlular”ın “sükanı arxasına” gətirmək fikrinə düşüb.

Hazırda “Beşiktaş”ı çalışdıran, lakin İstanbul klubu ilə müqaviləsinin müddəti yayda bitəcək 66 yaşlı mütəxəssis, iyuna qədər həm bu komandanı, həm də millini çalışdıracaq. Tərəflər belə bir razılıq əldə edə bilməsə, Günəşin qısa zaman içində “Beşiktaş”dan ayrılması və və sadəcə, yığma komandanı çalışdırması gözlənilir. “Qara qartallar”ı isə mövsümün sonuna qədər Quti çalışdıracaq. 

Günəşin Türkiyə yığmasındakı ikinci baş məşqçilik dönəmində ilk sınağı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə səfər oyunu (22 mart) olacaq. Bundan 3 gün sonra isə doğma meydanda Moldova ilə qarşılaşma baş tutacaq.

Türkiyə yığmasını hazırda Mirça Luçesku çalışdırır. Rumıniyalı mütəxəssislə müqavilənin müddəti yayda başa çatacaq. Amma 73 yaşlı məşqçinin tezliklə istefaya göndərilməsi nəzərdə tutulub. Onun rəhbərliyi altında 17 matça çıxan Türkiyə yığması cəmi 4 qələbə qazandığı halda, 6 heç-heçəyə razılaşıb, 7 dəfə məğlubiyyətlə üzləşib.

Ş.Günəş daha öncə 2000-2004-cü illər aralığında Türkiyə yığmasını çalışdırıb. Onun rəhbərliyi altında “ay-ulduzlular” DÇ-2002-nin bürünc medallarını qazanıb.


 
tarix: 10-02-2019 10:14


 
Xəbər lenti
21.04.2019

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az