(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Reynaldo: “Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdu”

Reynaldo: “Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdu”

"Qarabağ”ın hücumçusu Reynaldo Silva Premyer Liqanın 16-cı turunda səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 2 illik fasilədən sonra Ağdam klubuna qayıdan braziliyalı futbolçu əvvəlcə Ağdam klubundakı ilk matçını şərh edib:
 
- Təbii ki, ancaq sevinc hissləri keçirirəm. Azərbaycana dönməyi çoxdan gözləyirdim. Bilirsiniz ki, bu ölkəni, “Qarabağ”ı çox sevirəm. Yenidən burda olduğum üçün özümü xoşbəxt sayıram. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bu, hələ yolun başlanğıcıdır. Bilirəm ki, əvvəlki formamı bərpa etmək üçün çox işləməliyəm.
 
- “Qarabağ”a ilk dəfə gələndə daha həyəcanlı idiniz, yoxsa indi?
- İndi daha çox həyəcan var idi. Çünki həmin vaxt daha gənc idim və üzərimdə bu dərəcədə məsuliyyət yox idi. Bu gün meydana çıxanda “Qarabağ”da keçirdiyim illər gözümün qarşısına gəldi. Ona görə indiki vəziyyət mənim üçün daha həyəcanlı oldu.
 
- Əvvəlki Reynaldonu görmək mümkün olacaq, yoxsa artıq keçən keçib?
- Yox, heç nə keçməyib. Mən hələ gəncəm. İndiki oyunuma görə fikir yürütmək olmaz. Çünki cəmi 3 gündür komanda ilə məşqlərə başlamışam. Zaman keçdikcə daha yaxşı Reynaldo görəcəksiniz.
 
- Demək olarmı ki, özünüzü Qurban Qurbanova sübut edib, “Qarabağ”da qalmaq üçün cəmi 4 ayınız var?
- Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdu. Artıq hər kəs mənim necə oynadığımı, nəyə qadir olduğumu bilir. Bir neçə fərqli çempionatda oynamışam. Əsas uyğunlaşma mərhələsini qeyd edərdim. Bilmirəm, burada 4 ay, yoxsa daha çox qalacağam. Karyeramın sonuna kimi “Qarabağ”da oynamaq mənim üçün çox xoş olardı. İstənilən halda, nə olacağından asılı olmayaraq, klubdakı hər kəsə minnətdaram.
 
- Əvvəl oynadığınız Azərbaycan çempionatı ilə indiki arasında nə kimi fərq var?
- Komandaların oyun tərzində dəyişiklik olub. Əvvəl iddialı komandalar çox idi. “Bakı”, “Qəbələ” kimi komandalar sona qədər mübarizə aparırdılar. İndiki komandalar daha çox müdafiədə oturur, gözləyirlər. Oyun planında dəyişiklik hiss olunur.
 
- “Neftçi” ilə çempionluq yarışında şansları necə dəyərləndirirsiniz?
- Çempionluq məsələsində bir az səbrli olmalı, oyundan-oyuna düşünməliyik. Ancaq bu halda məqsədimizə nail ola bilərik.

 
tarix: 10-02-2019 09:51


 
Xəbər lenti
21.04.2019

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az