(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Deviçlə Əhmədovun sağlığına

Deviçlə Əhmədovun sağlığına

Uduzmasına baxmayaraq, “Sabah” “Qəbələ”dən heç də zəif deyildi. Dünənki matçın taleyini sadəcə, xırda nüanslar həll etdi. Və bunlar da fərdi səhvlər idi.
 
“Qəbələ” yenidən Avropa Liqası zonasında möhkəmləndi. 1:0 hesabıyla ardıcıl 2 qələbə komandanı xeyli ümidləndirib və baş məşqçi Sənan Qurbanov yetirmələrini indi daha yaxşı hazırlayıb. Bununla belə, “Əlincə Arena”dakı oyunda komandanın hələ tam formaya düşmədiyi hiss olunurdu. Qış toplanışında yüklənmənin nəticəsidir ki, futbolçular fiziki cəhətdən çatdırmırdı.
 
Yəqin ki, turlar irəlilədikcə “Qəbələ” daha yaxşı görünəcək. Amma indi komanda daha çox müdafiə xəttinin inamlı oyunu sayəsində qələbələri sıralayır. Xüsusilə orta sahədə güclənməyə, hücum potensialını artırmağa ehtiyac var.
 
“Sabah” rəqibi ilə müqayisədə daha “diri” görünürdü. Hətta 10 nəfərlə qalanda da debütant hücum edir, qol arayırdı. Lakin...
 
...Hər şeyi Marko Deviuç korladı. O, əvvəlcə səhv ötürməylə rəqibin qol vurması ilə nəticələnən hücumu başlatdı. Ceyms Adeniyi Rauf Əliyevi qapıçıyla duelə göndərdi və millinin hücumçusu ötən ildəkindən daha yaxşı formada olduğunu dəqiq zərbə ilə isbatladı.
 
Daha sonra Marko komandasına daha bir zərbə vurdu. O, 28 dəqiqə ərzində 2 oxşar sarı vərəqə aldı. Baş hakim Səbuhi Bayramovu təbrik etmək lazımdı – hər iki halda ukraynalı serbin simulyasiyasını dəqiq gördü və cəsarətlə onu meydandan qovdu. Birinci epizodda buna görə hakimin əlini sıxıb, onu doğru qərarına görə təbrik edən Marko penalti qazanmaq istədiyi 45-ci dəqiqədə də bəhanə tapmadı. Dmitri Bezotosnı topa daha tez çatınca Deviçin özünü yerə atması qovulmasıyla nəticələndi.
 
Deviçin peşəkarlığından həftələrdi danışırıq. İndiyə qədər o, futbol bicliyini bacarığına qataraq hakimləri, rəqib futbolçuları tora salırdı. Elə ötən tur “Zirə”ni məhz bu üsulla azlıqda qoymuşdu. Bu dəfə isə özü “ilişdi” və məğlubiyyətin birbaşa səbəbkarı oldu. Komandanın liderinin məsuliyyətsizliyi həm nəticədə əksini tapdı, həm də pis örnək oldu. “Sabah”ın gənc üzvlərinə daha yaxşı şeylərlə nümunə olmaq lazımdı.
 
“Qəbələ”nin qalib gəlməsində meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədovun da rolu oldu. Start heyəti ilə bağlı həmişə müəyyən yanlışlıqları olan bu çalışdırıcı indi də Erik Ramosu müdafiənin soluna qoymaqla problem yaratmışdı. Rauf Əliyev uzun reydi məhz onun bağlamalı olduğu zonadan edərək qol vurdu. Bir neçə dəqiqə öncə isə Davit Volkov eyni formada irəliləmiş, amma sürəti çatmadığından uğursuz olmuşdu. Vanderson Silvanı yarımmüdafiədə oynadaraq bu mövqeni astagəl paraqvaylıya həvalə etmək nəticədə əksini tapdı.
 
Təsadüfi deyil, fasilədə dəyişiklik edildi, Ramos mərkəzdə Coşqun Diniyevlə qoşalaşdı və “Sabah” daha yaxşı görünməyə başladı. Faydasız Miloş Bosançiçin meydandan alınmasıyla oyun intizamı da düzəldi. Lakin gec idi. Ola bilsin, Əhmədov Vandersondan cinah boyunca istifadə etməyi, Ramosun mərkəzə kömək edib, burada sığortalayıcı olmasını istəyirdi. Gl ki, taktiki düşüncə uğurla reallaşdırılmadı.
 
Ümumiyyətlə, bu meydan “Sabah” üçün uğursuz məkandı. Komanda burada keçirdiyi 8 oyunda cəmi 6 xal qazanıb, 6 matçda yenilib. 14 xalın səfər matçlarında qazanılması “Əlincə Arena”nın hansısa sehri ilə bağlı deyil, sadəcə, qeyd etdiyimiz səhvlər ciddi təsir göstərir. Zaman keçdikcə Əhmədov da, komanda da təcrübə toplayır.
 
Ümumiyyətlə, mövsümün qışdan sonrakı bölümündə komandanın hər iki oyunda fasiləyə kimi azlıqda qalması yaxşı hal deyil. Məşqçilər heyəti daha diqqətli olmalı, futbolçuları tənbeh etməlidi. Faciəvi bir şey baş verməyib, nəticələr normaldı, hər şey gələn mövsümə planlaşdırılır. Bununla belə, səhvlərdən dərs çıxarılmalıdı ki, eyni uğursuzluq sıralanmasın.
 
“Sabah qışda ilk səhvi buraxıb. Bəlkə də səviyyəli oyunçu tapılmadığından yersiz xərcə düşməyi lazım bilmədilər. Bununla belə, çempionat üçün hətta ikinci hücumçu sifariş etməmək yanlışlıqdı. Ərköyün Deviçin yoxluğunda komanda faktiki mərkəz hücumçusu olmadan oynamalıdı və dünənki oyun da göstərdi ki, bu, mümkün deyil. Komanda yaxşı oyun qurur, epizodlar yaradır, toru silkələyən isə tapılmırdı.
 
Ümumi oyunu götürsək, cansıxıcı qarşılaşma idi. Son dəqiqələri daha əsəbi keçən oyunun keyfiyyəti yüksək deyildi. Premyer Liqamız bu baxımdan çox geriləyib, bu matç da tipik nümunə idi.
 
FƏRİD

 
tarix: 10-02-2019 10:21


 
Xəbər lenti
20.04.2019

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az