(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Qarabağ” və AFFA üçün Sumqayıt dərsi

“Qarabağ” və AFFA üçün Sumqayıt dərsi

Görək, AFFA İntizam Komitəsi “Sumqayıt”ı da cəzalandıracaqmı? AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin qayadan sərt rəhbərliyi “Qəbələ”ni ehtiyat bayrağa görə 1600 manat ziyana saldısa, son olaya sakit yanaşmaları mümkün deyil. Həmin komitəyə tabe olan nümayəndədən oxşar addım, raportunda qeyd görmək istəyirik.
 
***
 
“Qarabağ” layiqli qələbə qazandı. Zədəlilərin və xəstələrin bolluğuna görə normal heyət qura bilməyən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov, fasilədə etdiyi əvəzetmələrlə nələrisə düzəltməyə çalışdı. Lakin rəqib güclü idi və hesab 2:0 oldusa, bunu qonaqların insafına, bir az da bəxtə bağlamaq lazımdı.
 
Çempion ötən turun “Neftçi” ilə matçından dərs almışdı. Daha döyüşkən heyətlə ağdamlılar əzəmətli görünürdü. Legionerlərin üstünlük təşkil etdiyi “11-lik” matç boyunca rəqibə dərs keçdi. Və bunda Mahir Mədətovun yoxluğu da rol oynadı. Cəzalı olduğundan oyunu buraxan forvard olmayınca “Qarabağ” daha yaxşı, daha dinamik görünürdü. Limit oyuçusu Hacıağa Hacılı Qara Qarayevi heyətdən kənarda saxlasa da, orta sahə mobil təsir bağışlayırdı. Müdafiə, cinahlar normal işləyirdi, yalnız hücum yenə ümidi doğrultmurdu. Qolları yenə yarımmüdafiəçi və müdafiəçinin vurması da bunun isbatıdı.
 
Şahruddin Məhəmmədəliyev ötən turdakı səhvləri üzündən yəqin ki, uzun müddət heyət üzü görməyəcək. Etimaddan faydalana bilmədi, indi isə ehtiyatda oturmalıdı. Əvəzində daha hazır oyunçular “Neftçi”ni qovmağa davam edəcək.
 
“Sumqayıt”a gəlincə, yeni transferlər hələlik özünü doğrultmur. Komandanın təqvimi də yaxşı deyildi – Qəbələ səfəri, ardınca çempionla oyun. Bundan sonrası nisbətən rahatdı və növbəti turlarda dəyişiklik olmalıdı. Əks halda, komanda autsayderlər qrupunda möhkəmlənəcək, Avropa ümidləri kuboka qalacaq.
 
***
 
“Sumqayıt” – “Qarabağ” oyunu nəticəsindən çox meydanda başverənlərlə gündəm oldu. Qapı torunun top zərbəsinə dözməməsi az qala qalmaqala səbəb olacaqdı. İlk yarıda Filip Ozobiçin dəqiq zərbəsindən sonra torun topu saxlamaması bir anda hamını çaşdırdı. Hakimlərin məsləhətləşməsindən, onlara tribunadan qulaqcıq vasitəsi ilə reallığın çatdırılmasından və meydan sahiblərinin futbolçularının etirafından sonra yanlışlıq aradan qaldırıldı.
 
Oxşar epizod ikinci hissədə də oldu. Bu dəfə top digər qapının torunu çöldən içəri deşdi.
 
Zərbələrin heç biri fantastik deyildi, qapı torunda da qüsur tapılmadı. Sonradan bəlli oldu ki, tor keyfiyyətsizdi və dartılma nəticəsində “kvadratlar” böyüyür və topu “buraxır”. Onu Premyer Liqa matçında istifadə etməsinə görə “Sumqayıt”a, yoxsa yoxlayıb oyunda istifadə edilməsinə razılıq verən ədalət təmsilçilərinə cəza verilməlidi? Qoy, bunu AFFA müəyyən etsin.
 
CAVAD

 
tarix: 10-02-2019 11:19


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az