(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Canluka Sansone: “Neftçi"yə transferimi qəribə sayırlarsa...”

Canluka Sansone: “Neftçi"yə transferimi qəribə sayırlarsa...”

“Qələbəyə görə çox şadam. Bura bir neçə gün əvvəl gəlmişəm. Komandaya tədricən uyğunlaşıram. Burada çox yaxşı kollektiv tapmışam. Buna görə də ümidlərimin doğrulduğunu deyə bilərəm. Özümü çox yaxşı hiss edirəm və ilk matçımdan sevindiyimi bildirməliyəm”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Canluka Sansone deyib. İtaliyalı futbolçu Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə" ilə qarşılaşmada debüt edib. Sansone "flaqman"ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sanki meydana girən kimi komandaya uyğunlaşdınız. Bu, təcrübənizdən irəli gəlirdi, yoxsa...?
- Komanda ilə birgə məşq edərkən oyunçularımızın hansı xarakterə malik olduqlarını tədricən öyrənirdim. Onlarla oynaya-oynaya adaptasiya keçdim və daha çox şey öyrənməyə başladım. Zaman keçdikcə qarşılıqlı anlaşmamız daha yüksək səviyyədə olacaq.

- Əsas heyətdə yerinizi artıq görürsünüz?
- Fikrimcə, bu sual baş məşqçimizə ünvanlanmalıdı. Futbolçuların öz öhdəlikləri var və bunun üçün çalışırlar. Hər şey tapşırıqları necə yerinə yetirməyimdən asılıdı. Qərarı verən şəxs isə baş məşqçidi. Start heyətində yer alıb-almamaq önəmli deyil. Əsas odu ki, hər an hazır olum və komandama kömək edə bilim.

- "Boloniya", "Sampdoriya", "Torino", "Sassuolo" kimi komandalarda oynadıqdan sonra Azərbaycan kimi kiçik futbol ölkəsinə gəlməyiniz geriyə atılmış addım deyil?
- Xeyr, bu, mənim üçün yeni çağırışdı. Bura gəldiyim üçün şad olduğumu deməliyəm. Fikrimcə, Azərbaycan çempionatı yüksəlişdədi və digər güclü çempionatlara baxaraq daha yaxşısını etməyə çalışırlar. Burda yaxşı təcrübə toplamaq və əlimdən gələni etmək istəyirəm.

- İtaliya mətbuatı sizin "Neftçi"yə keçidinizi ən qəribə 3 transferdən biri kimi adlandırmışdı...
- Məncə, bu, qəribə transfer deyil. Sadəcə, bu, hamı üçün yeni xəbər idi. Çünki mən Azərbaycan çempionatına yollanan ilk italiyalı futbolçuyam. Əgər qəribə sayırlarsa, bunu pozitiv tərəfdən qəbul edərdim.

- "Qarabağ"la çempionluq uğrunda mübarizə barədə nə deyə bilərsiniz?
- Hələ uzun yol var. Sona qədər mübarizə aparacağıq. Hər oyunda qələbə qazanmaq və xal fərqini ən azı qorumaq çox önəmlidi. (matç.az)


 
tarix: 10-02-2019 19:02


 
Xəbər lenti
21.04.2019

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az