(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Xorvat seçiminin sirri

Xorvat seçiminin sirri

38 gündən sonra Avro-2020-nin seçmə mərhələsi start götürəcək.
Həmin yarışa qatılacaq milli komandamız 65 gündü baş məşqçisizdi.
 
Hələlik Nikola Yurçeviçin təyinatı dəqiqləşməyib. Düzdü, xorvat məşqçi ölkəmizə ikinci dəfə gəlibsə, deməli, hər şey aydınlaşıb, müqavilənin imzalanması qalır. Bununla belə, rəsmi müqaviləyə imza atılana və İcraiyyə Komitəsi qərar verənə kimi Yurçeviçi Qurban Qurbanovun xələfi saya bilmərik. Bəlkə İK üzvləri vaxtında ayıldı və bu adamın millimizə layiq olmadığını gördülər.
 
Nikola indiyə kimi heç yerdə özünü sübut etməyib. Baş məşqçi işləyərkən daim qovulmaqla seçilən bu şəxs Slaven Biliçin köməkçisi kimi də kölgədə qalıb. “Fişkadüzən”in indi milliyə baş məşqçi gətirilməsi AFFA-nın baş katibi Elxan Məmmədovun ən böyük səhvidi. Hətta AFFA-nın maliyyə problemi varsa, sponsorlardan yüksək məbləğ ala bilmirsə də, yığmanı yerli mətbəxi bilən istənilən məşqçiyə tapşırmaq daha məqsədəuyğundu, nəinki təyinatı yalnız fiaslo vəd edən xorvata.
 
Hələ gec deyil, ölkə futbolunun başbilənləri ayılıb, bu təyinatı əngəlləməlidi. Yoxsa daha bir tsikli, daha bir neçə ili boşa verəcəyik. Milli komandanın potensialı onsuz da ciddi uğur gözləməyə əsas vermir, bununla belə, Yurçeviçlə ümidlər də dəfn olunacaq.
 
Əslində, Məmmədovun bu təyinatda israrının 2 səbəbi var. Əvvəla, sanballı məşqçi tapmaq mümkün olmayıb, yuxarılar böyük xərcləri qadağan edib. Belədə mütləq əcnəbi olsun, bu xətt əldən çıxmasın deyə, Yurçeviç müqəvva kimi posta oturdulacaq. Sonra vəziyyətə uyğun olaraq addım atılacaq, bunun təbliğatı aparılacaq. Ola bilsin, “yuxarılar”ın mövqeyində hansısa dəyişiklik olsun, Qurbanovun qovulmasına nail olanlar yenə hansısa incə məqamda saqqız oğurlaya bilsin.
 
İkincisi, Yurçeviçin seçilməsi sırf seçmə mərhələnin ilk oyununa hesablanıb. Xorvatiyayla səfər matçında millimizi fiasko gözləyir və darmadağın ölkə rəhbərliyinin diqqətini çəkəcək. Məhz bu qəzəbdən qurtulmaq üçün baş katib millinin məhz xorvata tapşırılmasında israrlıdı. O, şəxsi əlaqələr, Yurçeviçin xahişləri sayəsində rəqibin insaflı olacağına ümid edir. Robert Prosineçkinin vaxtında bu komandayla Bakıdakı şübhəli 0:0 da təsadüfi deyildi. Xorvatiya futbolunun rəhbəri Davor Şukerlə dostluq münasibətləri var, üstəlik, Yurçeviçin vasitəçiliyi ilə ölkə rəhbərliyinin qəzəbindən qurtaracaq nəticəyə nail olmaq, zaman qazanmaq mümkündü. Xorvat sevdasının başqa səbəbi yoxdu, baş katib də Yurçeviçin məşqçilik baxımından hansı bacarığa malik olmasından xəbərdardı.
 
Yurçeviç də ağıllı tərpənir, situasiyada istifadə olunduğunu bilir. Bu səbəbdəndi ki, Avro-2020-nin final mərhələsi barəsində vəd vermir, heç bu barədə danışılmadığını dilə gətirir. Halbuki “yuxarılar” AFFA-dan məhz bunu tələb edir, katiblik də təyinatın yubanmasını bu amilə bağlayır. İndi isə yeni məşqçi “bizim üçün xüsusi olan” bu tsikllə bağlı müəmmalı danışır. Beləydisə, Qurbanov niyə qovulurdu, yeni yaradılan sitem niyə beşikdəcə boğulurdu?
 
Tezliklə yeni məşqçi təyinatı reallaşacaq. Ölkə futbolunda hakimi-mütləq olan Məmmədov buna nail olacaq. Lakin bundan sonra nəticələrə görə də birbaşa o cavab verəcək, digər AFFA rəhbərləri bilərəkdən kölgəyə çəkilib, məsuliyyət altına girmək istəmirlər. Bəlkə də Yurçeviç Məmmədovun milli komandaya seçdiyi son əcnəbi olacaq...
 
CAVAD

 
tarix: 11-02-2019 10:00


 
Xəbər lenti
18.06.2019

11:21   "Səbail"dən Avstriya klubuna

11:11   Lemezis ölkəmizə gəlməməsinə sevinir

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az