(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” – “Keşlə” oyunu təkrar keçirilməlidi: İnqilaba görə...

“Neftçi” – “Keşlə” oyunu təkrar keçirilməlidi: İnqilaba görə...

“Keşlə” rəhbərliyi iş bilən, bacarıqlı olsa, “Neftçi” ilə son turun oyununu təkrar keçirtdirə bilər. Buna tam haqları var. Sadəcə, qaydaları bilib, haqqını tələb etmək lazımdı.
 
Klubun Müşahidə Şurasının sədri Zaur Axundov kənara çəkilib, gözə görünmür. “Keşlə”nin turnir vəziyyətinin düzəlməyəcəyinin fərqindədi və kölgədə qalmaqda niyyətlidi. İndi o, baş məşqçi Tərlan Əhmədovun timsalında yeni qurban yetişdirir. Ki, bütün məsiliyyəti onun boynuna qoyub, özünü vəziyyətdən qalib çıxarsın, kluba AFFA-dan ayrılan maliyyənin havaya sovrulmasını unutdursun.
 
Halbuki son turdakı bir səhvə görə Axundov matçın təkrar oynadılmasını tələb edə və buna nail ola bilər. İcraiyyə Komitəsinin üzvü kimi nüfuz sahibidisə, orada yalnız əlqaldıran fiqur deyilsə, bunu etməlidi. Futboldakı təcrübəsi də bu kimi məqamlarda onun köməyinə çatmalıdı.
 
Matçın 67-ci dəqiqəsindəki hakim qərarı birbaşa səhvdi. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik də bunun fərqində olmalıdı. Onun İnqilab Məmmədova ciddi cəza kəsəcəyi şübhə doğurmur. Çünki referi böyük qalmaqala səbəb olacaq səhv edib.
 
“Keşlə”nin qapısına təyin olunan penalti zərbəsinin təkrarladılması qayda səhvi idi. Və bunu hansısa komanda yox, məhz hakim edib.
 
Xatırlayırsızsa, Emin Mahmudov penalti nöqtəsinə ilk yaxınlaşmasında toru silkələməyi bacardı. Lakin hakim futbolçuların cərimə meydançasına daxil olmasını nəzərə alıb, zərbənin təkrarlanmasını istədi.
 
Penalti qola çevrilibsə, buna ehtiyac yoxdu. Əgər zərbə dəf edilsəydi və epizodun davamında cərimə meydançasına daxil olanlar oyuna müdaxilə etsəydi, bu halda hakim haqlı olardı. Hətta qolun reallaşması halında da zərbənin təkrarladılması mümkündü. Bir şərtlə ki, epizoda “Neftçi” futbolçularının aidiyyatı olsun. Onların meydançaya girməsinin qapıçını çaşdırması və s. bəhanə edilə biulərdi.
 
Amma dünənki oyunda zərbənin təkrarladılmasına “Keşlə”nin futbolçusu Tərlan Quliyev səbəbkar oldu. Onun xətti fitdən tez keçməsi üzündən İnqilab Məmmədov yenidən ağ nöqtəni göstərdi, “Keşlə”nin müdafiəçisi də sarı vərəqə aldı.
 
Bu, hakim tərəfindən kobud qayda pozuntusudu. Qapısına qolla nəticələnən penalti təyin olunan komandanın üzvünün hərəkəti zərbənin təkrarlanması üçün əsas ola bilməz.
 
İşin daha pis tərəfini fikirləşək. Həmin vaxt ikinci penalti qol olmasaydı və “Neftçi” top buraxıb, xal itirsəydi, bunun cavabını kim verəcəkdi? Axı, Quliyev nə edir-etsin, bunun meydan sahiblərinə dəxli yoxdu. Və ya bu, Tərlanın ikinci sarı vərəqəsi olsaydı və komanda onu itirməklə xallardan olsaydı, İnqilabın qərarına reaksiya necə olardı?
 
Hakimin bu səhvi oyunun təkrar keçirilməsi tələbi üçün əsas verir. “Kural xətası”dı və birbaşa məsuliyyət baş hakimin üzərindədi. “Keşlə” bundan faydalana bilər. Klubu idarə edənlərin buna savadı çatırsa...
 
AĞA

 
tarix: 11-02-2019 11:02


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az