(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Millimiz üçün Yusif Sərrac

Millimiz üçün Yusif Sərrac

Bir fevral axşamı yığışıb, qərar verdilər. Yox, qərar vermədilər, AFFA-nın baş katibi Elxan Məmmədovun yeni ssenarisinə imza atdılar.
 
Qərar vermək, seçim etmək namizədlər çox olanda, nəyisə müzakirə edəndə olur. İndiki halda isə İcraiyyə Komitəsinin üzvləri baş katibin neçə gündü yanına salıb, stadionlarda dolaşdırdığı birinin gəlişinə xeyir-dua verdilər, əl qaldırdılar.
 
Millimizin yeni baş məşqçisi Nikola Yerçeviç heç bir uğuru olmayan təsadüfi adamdı. Sırf yığmaya əcnəbi rəhbərlik etsin deyə gətirilib. Ondan nəinki uğur, heç hansısa sistemli iş qurmasını da gözləməyə dəyməz. İndiyədək işlədiyi bütün klublarda 4-5 ay duruş gətirib, yalnız Slaven Biliçin köməkçisi kimi daha çox kölgələnib.
 
Lakin görünür, bütün bunlar heç kimin vecinə deyil, sadəcə, kimisə o posta təyin etmək lazım idi və etdilər. İctimai qınağın şiddəti azaldıldı, bundan sonranı qaydasına salmağa çalışacaqlar.
 
Qurban Qurbanovun yerinə belə birinin gətirilməsi futbola xəyanətdi və zaman mütləq bu ədalətsizliyin cəzasını verəcək. Hələliksə, işçevirənlərin bayramıdı. Amma bumeranq effekti mütləq özünü göstərəcək və Avro-2020-nin seçmə mərhələsinin gedişində Yurçeviç qovulacaq, özüylə bəzi başları da aparacaq. Bu bacarıqsız adamdan problemli Azərbaycan futboluna yamaq olmayacaq.
 
Qərarın riskli olmasından təyinedənlər də xəbərdardı. Elə bu üzdən İk-nın iclasını qəfil elan edib, qəfil də keçirdilər. Rəsmi məlumat açıqlanandan 3-4 saat sonra formal iclas baş tutdu və təyinatlar açıqlandı. Təbii ki, sürpriz olmadı, necə planlaşdırılırdısa, elə də reallaşdı.
 
İclasın gecə vaxtı, jurnalistlərin əli çatmayan SOCAR-da keçirilməsi, brifinq üçün ertəsi günün təyin olunması təsadüfi deyil. Məmmədov məşqiylə mətbuat önünə çıxıb, İK-nın qərarından danışacaq, seçimin məsuliyyətini öz üzəridən atacaq və komitəni hədəf göstərəcək. Avro-2020-nin final mərhələsi barədə suallara cavab isə yəqin elə bu dəqiqələrdə nizamlanır. Elə ediləcək ki, nə söz veriləcək, nə də hədəfsiz olduqları bilinəcək. Halbuki dövlət rəhbərliyi səviyyəsində tələb bəllidi. Baş katibin manevri, məşqçinin nə deməsi çox önəmlidi və az sonra bunu da biləcəyik.
 
Dünənki iclasda vitse-prezident Elşad Nəsirovun olmaması təsadüfi deyil. O, bu planın memarlarının əsas himayəçisi olsa da, ağıllı adamdı, uğursuz olacağını bildiyi məşqçinin təyinetmə mərasimində olmaq istəməyib. Yəqin, hansısa bəhanəylə iclasdan yayınıb. Heç təqdimetməyə də qatılmayacaq.
 
SOCAR-ın inzibati binasındakı iclasın qərarları açıqlansa da, müqavilə müddəti ilə bağlı heç bir qeyd yoxdu. Yurçeviçlə anlaşma yaxın günlərdə rəsmiləşəcək. Hansı müddətə, hansı şərtlərlə - qəti cavab yoxdu, ictimai fikri öyrənirlər, şok qərar ən qarışıq zamanda, diqqətlər başqa məsələlərlə məşğul ediləndə açıqlanacaq.
 
U-21-ə təyin olunan Milan Obradoviçin, U-19-da çalışacaq Samir Əliyevin müqaviləsi barədə də detallar gizli saxlanılır. U-15 və U-16 komandalarına baş məşqçi təyin olunan, eləcə də U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək Miloş Velebitlə bağlı vəziyyət də eynidi. Cavabı dəqiqləşməyən xeyli sual var.
 
Amma bir şey dəqiqdi – Yurçeviç İK-nın iclasında üzərində 2020 yazılan formanı qəbul edib. Deməli, hədəf bəllidi, millimiz Avropa çempionatının final mərhələsini hədəfləyib. Hələlik yalnız sözdə, forma üzərində. Bu missiyanı gerçəkləşdirə biləcək adam Nikola deyil. Dövlət rəhbərliyi də , sadə azarkeşlər də aldadılır. Düzdü, milli komandamızın o səviyyədə olmadığını da bilirik. Amma ötən 10 il ərzində planlı işlər görülsəydi, daha yaxşısına ümid etmək olardı. Lakin illər boşuna verilib və Yurçeviçin simasında Yusif Sərrac tapıblar, başını kəsib öz başlarını qurtaracaqlar. Bacarsalar...
 
FƏRİD

 
tarix: 12-02-2019 09:00


 
Xəbər lenti
22.04.2019

18:00   Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25   Region Liqasında ilk finalçı bəlli oldu

16:51   Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14   Yarımfinalı buraxacaq 3 futbolçu

15:59   Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29   Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43   “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17   Modriçdən “Real”da yubiley matçı

13:57   “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15   Yarımfinal rəqəmlərin gözü ilə

13:00   Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54   Braziliyada da çempion bəlli oldu

12:37   Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10   İlk dubl və 10-cu qol

11:51   Mbappe ölkə tarixinə düşdü

11:32   Yunanıstanda çempion bəlli oldu

11:18   “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00   Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44   Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20   Eratın komandasından daha bir qələbə

10:00   Millimizin sabiq futbolçusu döyüldü

09:42   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21   Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00   Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10   PSJ - çempion!

00:45   “Real”dan darmadağın

21.04.2019

23:22  “Arsenal” uduzdu, MY darmadağın oldu, “Liverpul”…

22:55  “Borussiya”dan darmadağın

22:15  Lider xal itirdi, “Fənərbaxça” uduzdu

21:34  Madridə gedəcək “Sabah”lılar mətbuat konfransı keçirəcək

20:35  Vüqar Mustafayev “75”ə çatdı

17:37  Ardıcıl 4-cü yarımfinal: “Qarabağ”la 52-ci oyun

16:57  Alleqri bu rekordu təzələdi

14:30  Kristiano Ronaldodan daha bir ilk

13:29  Bundesliqa klubu baş məşqçisini qovdu

12:23  “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18  Quluzadənin komandası yenə xal itirdi

10:10  Ozan Can oynadı, komandası darmadağın oldu

09:24  Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44  “Barselona”dan çətin qələbə

00:37  “Bavariya”ya 1 qol bəs etdi

00:26  “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01  Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az